Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrindəki vəziyyətlə bağlı məlumat yayıb.

AzərPEYK xəbər verir ki, Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə əlaqədar olaraq, əsas küçə və prospektlərdə tıxac yaranıb.

Tbilisi” (20 yanvar dairəsi istiqamətində), “Ziya Bünyadov” (hər iki istiqamətdə), “Mətbuat” (hər iki istiqamətdə), “Azadlıq” (hər iki istiqamətdə) prospektlərində eləcə də, A.Bakıxanov, A.M.Şərifzadə, Səməd Vurğun küçələri və Badamdar şosesində nəqliyyat hərəkəti çətinləşib və tıxac müşahidə edilir. Binəqədi şosesi, Təbriz, Koroğlu Rəhimov küçələri, Mikayıl Useynov prospektində isə nəqliyyat vasitələrinin hərəkətində nisbətən sıxlıq müşahidə edilir. Bakı Nəqliyyat Agentliyi axşam və səhər saatlarında yolların buz bağlama ehtimalının daha çox olmasını nəzərə alaraq, sürücülərdən sürət həddinə əməl etmələrini xahiş edir.
AzərPEYK


Xəbər lenti