Nazir: Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyildir

"Bəyanat birgə bəyanatdır. Bəyanatın bütün mətnini prezidentlər diqtə edib. Ermənistan prezidentinin məsuliyyətsiz şəkildə bəyanatdan kənara çıxması düzgün deyil".

 

Məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov polşalı həmkarı Vitold Vaşçikovski ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

 

Nazir qeyd edib ki, danışıqlar substantiv olmalıdır: "Həmsədrlərin danışıqları ilin sonuna kimi necə aparmaq barədə konkret təklifləri var. Onlar təklif ediblər ki, yaxın gələcəkdə xarici işlər nazirlərinin görüşü olsun. Əsas məqsəd müzakirələri konkret aparmaqdır. Görüşün yeri və tarixi isə hələlik məlum deyil"./apa/

“Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın”.

Ardını oxu...


Xəbər lenti