2012-ci ildə dünyanın ən çirkin iti seçilən Maqli ləqəbli it ev heyvanlarının milli şousu çərçivəsində qəhrəmanlıq uğrunda medal alıb. 
“The Washington Post”un xəbərinə görə, itin dünyaya gəlməsindən sonra sahibi ondan imtina edib. Onda Maqlini Britaniyanın “Therapy Dogs Nationwide” adlı təşkilatında “iş”ə götürüblər. Burada o, it-terapevt funksiyasını yerinə yetirib. Burada it çətin həyati situasiyalara düşən uşaqlara, eyni zamanda yaşlı əlillərə yardım edib. 12 yaşında Maqli təqaüdə çıxıb. İtin yeni sahibi və xeyriyyə təşkilatının üzvü Bev Nikolson deyib ki, itin ona yad olan insanlarla necə ünsiyyətə girməsi ilə fəxr edir. 
2012-ci ilin iyununda Maqli Kaliforniyada itlər arasında keçirilən bir müsabiqədə mükafat alıb. Onunla birgə qələbə uğrunda 28 it mübarizə aparıb.
 AzərPeyk

Xəbər lenti