Həkimlər xəstəliklə mübarizə aparmaq üçün saat 23:00 ilə 02:00 arasında yatmağı vacib sayır. 
Qrip virusunun ətrafı bürüdüyü bu günlərdə, mütəxəssislərdən tez-tez sağlam qidalanma və gigiyena qaydalarına diqqət yetirilməsi lazım olduğu barədə fikirlər eşidirik. Melatonin ifraz olunan saatları qaçırmamaq lazımdır. Melatonin hormonu xüsusilə gecə 11-dən sonra ifraz olunmağa başlayır və gecə 2-yə qədər davam edir. Səhərə doğru isə yavaş-yavaş azalır. Ona görə xüsusilə bu saatlardakı yuxunu qaçırmaq olmaz. Təbii melatonin hormonunun ən çox qaranlıqda ifraz olunduğunu unutmamaq lazımdır. 
Bu səbəblə yatdığınız yerin qaranlıq olması, gecə lampasından istifadə edilməməsi çox vacibdir. Ehtiyac duyulan yuxu saatı insandan-insana dəyişir. Kimi 8 saatlıq yuxuyla özünü gümrah hiss edər, kimi isə 6 saatlıq yuxu ilə kifayətlənər. Buna görə mütəxəssislər insanın, gecə orta hesabla 7 saat yatmasını məsləhət görür. 6 saatdan az yatan insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir. Gündüz yuxularının çox  əhəmiyyəti yoxdur. 
Əhəmiyyətli və lazımlı olan gecə 11-dən sonra yatmaqdır. Ancaq sağlam və keyfiyyətli yuxu üçün qaranlıq mühit şərtdir. Televizora baxaraq yatmaq isə orqanizm üçün son dərəcə ziyandır.
 AzərPeyk

Xəbər lenti