Özünəməxsus şeirləri və açıqlamaları ilə gündəmdən düşməyən müğənni-bəstəkar, əməkdar artist Elza Seyidcahan onu tənqid edənlər haqqında yazıb.

AzərPeyk xəbər verir ki, sosial şəbəkədə yazdığı rəylə özünü dahi adlandıran müğənni, elə şeir kimi cavab verib: “Əvvəla salam. Salamdan sonra demək istəyirəm ki, mən yaxşıyam. Sizin də  yaxşı olmağınızı o bir Allahdan arzu edirəm. Dövründə çarmıxa çəkilən, daşa basılan, acından ölən, məmləkətdən qovulan dahilərə baxanda, mən daha yaxşı dahiyəm. Bəzi gözü götürməyən yazıqların yuxarıda yeri olmayıb. Aşağını bəyənməyən paxılların, uğursuzların gecəsi, gündüzləri ərşə çəkilib".
Elza Seyidcahan onu "reklam" edənlərə isə məsləhət verib: "Pulsuz parasız Elzanın reklamı ilə məşğuldular. Ondansa getsinlər bir az kitab oxusunlar, oxusunlar, oxusunlar. Tamaşalara baxsınlar, baxsınlar, baxsınlar. Nə gec nə tez, tam zamanında gəldim”

AzərPeyk


Xəbər lenti