Türkiyəli müğənni Bülent Ersoy “donuz qripi”nə yoluxub.

Bu barədə sənətçinin Qaziosmanpaşada müalicə olunduğu özəl xəstəxananın baş həkimi Bülənt Şahin bildirib.

Onun sözlərinə görə, B. Ərsoyun vəziyyəti hazırda yaxşıdır: “Müayinələr “donuz qripi”nin əlamətlərini göstərir. Lakin tam olaraq nə olduğu bir neçə saata bilinəcək. Bülənt xanımın vəziyyəti xəstəxanaya gətiriləndə bir az ağır idi, lakin həyati təhlükəsi yoxdur. Hazırda ümumi vəziyyəti yaxşıdır. Reanimasiyaya yerləşdirmədik. Düşünürəm ki, iki-üç günə evə buraxılacaq”.

Baş həkim müğənninin anası ilə sürücüsünün də eyni şikayətlə xəstəxanaya gətirildiyini söyləyib: “Sürücünün vəziyyəti daha yaxşıdır, ancaq anasının halı o qədər də yaxşı deyil”.
AzərPeyk


Xəbər lenti