Hər kəs ondan danışır. AzərPEYK “O səs Türkiyə” müsabiqəsinə qatılan azərbaycanlı qız əsil fenomenə çevrilib. Leyla Rəhimova adlı 27 yaşlı iştirakçı, musiqisi Selami Şahinə aid, “Qızıl Bəstə” adına layiq görülmüş “Özledim” adlı mahnnısını ifa edərək bütün zalı heyrətləndirib. L.Rəhimova sərgilədiyi performans və möhtəşəm səsi ilə münsiflərin rəğbətini qazanıb. Ebru Gündəş, Hadisə, Murat Boz və Göhkan iştirakçını öz komandalarında görmək üçün əsl mübarizə aparıblar. 17 dəqiqəlik mübarizədən sonra, azərbaycanlı iştirakçı Murad Bozu seçərək onun komandasına daxil olub. Qeyd edək ki, L.Rəhimova Türkiyənin “Ve kazanan” müsabiqəsində də iştirak edərək ikinci olmuşdu.
AzərPEYK






Xəbər lenti