Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən idarə olunan "Söz" ədəbi layihəsinin direktoru və Pen Beynəlxalq Təşkilatının üzvü  Nigar Həsənzadə yeni fotosessiyaya imza atıb. PrimeTime.Az xəbər verir ki, şeirləri Rusiyada və İngiltərə bir neçə dilə tərcümə olunaraq çap olunan və geniş kütlə tərəfindən oxunan şairənin yeni layihəsinin müəllifi isə stilist Pərvanə Məmmədovadır. Hər zaman qeyri-adi əl işləri ilə seçilən stilist bu dəfə Nigar Həsənovanın şeirini onun geyimində əks etdirib. Saytımıza layihə ilə bağlı açılama verən stilist bunları deyib: "Nigar xanımla tanışlığım əməkdar artist Lalə Məmmədova sayəsində olub. Biz birlikdə layihə həyata keçirdikdən sonra Nigar xanım əl işlərimi görüb və bəyənib. Bir müddət sonra tanış olduq və o mənə rus dilində çap olunmuş şeirlər kitabını hədiyyə etdi. Bundna sonra ona belə bir layihə təqdim etdim. O, isə sevə-sevə razılaşdı. Nigar xanım kimi dünya miqyasından şeirləri çap olunan insanla işləmək çox xoş idi". Qeyd edək ki, Nigar Həsənzadə bir neçə beynəlxalq konfransın və festivalın iştirakçısıdır. İngiltərədə 60-dan çox solo gecələri keçirilib.
Fotoqraf: Elnur Aşurov 
Pərviz Hüseyn

PrimeTime.az





Xəbər lenti