ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərrabdan boşandığını elan etdikdən sonra müğənni Ebru Gündeş ötən gün ilk konsertini keçirib. Konsertin ən diqqət çəkən məqamı isə Gündeşin barmağındakı 150 min dollar qiyməti olan brilyant qaşlı üzüyü hələ də çıxarmaması olub.

 

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Müğənni jurnalistlərin bu barədə suallarını cavabsız qoyub.

Qeyd edək ki, bir müddət öncə Rza Zərrab mətbuata açıqlama verərək həyat yoldaşı Ebru Gündeşin ötən ayın 13-də ondan boşanmaq üçün vəkili vasitəsilə vəkalətnamə göndərdiyini bildirmişdi.
AzərPEYK


Xəbər lenti