Türk Sənət Musiqisinin (TSM) mahir ifaçılarından olan, TRT İstanbul radiosunun solisti Mehmet Özkaya yeni möhtəşəm əsərə imza atıb. "Gönlü Güvercinli" adlı əsərə klip də çəkdirən sənətçi yeni mahnılarından ibarət  növbəti cd də çıxarıb.  Klip qısa zamanda üz yüz min insan tərəfindən izlənilib. Qeyd edək ki, yeni albomda sözləri Xəyal Rzanın, musiqisi Nailə Mirməmmədlinin olan "Görüşmədən ayrıldıq" mahnısı da yer alıb. Bundan öncə isə Mehmet Özkaya eyni müəlliflərin birgə işi olan "Nə demişəm?" mahnısını səsləndirmişdi.
Mehmet Özkaya bir neçə dəfə Bakıda səfərdə də olub. O, müxtəlif vaxtlarda "The first" mükafatlandırma mərasimində və Şairlər Günündə iştirak edib.
AzərPEYK "Gönlü Güvercinli" adlı klipi təqdim edir.

AzərPEYK


Xəbər lenti