Türkiyəli müğənni Doğuşla ailəli olan teleaparıcı Xoşqədəm Hidayətqızı ikinci dəfə ana olub.

 

Bu barədə Türkiyəli sənətçi Demet Akalın sosial şəbəkədə yazıb. O, Doğuşu təbrik edərək, əkiz oğul atası olduğunu sevinclə bildirib.

Qeyd edək ki, əkiz uşaqlar Türkiyənin “Şişli Kolan İnternational” Xəstəxanasında dünyaya göz açıb. Uşaqların və ananın səhhətinin normal olduğu bildirilib.

Xatırladaq ki, X.Hidayətqızı türkiyəli müğənni Doğuşla 2014-cü ilin oktyabrda ailə həyatı qurub. X.Hidayətqızının ilk evliliyindən bir oğlu var.
AzərPeyk


Xəbər lenti