Söz və musiqisi Aydanın özünə aid olan "Dam Di Dam" mahnısı, Aydanın öz janrının imzasını daşıyır…

Ayda, "Dam Di Dam" ilə ilk baharın ilk aylarında sevənlərilə  görüşür. Müstəqil musiqi stilini qarşısına məqsəd qoyan Ayda ilk dəfə yeni ingilisdilli singili ilə sevənlərilə bir araya gəlmək üçün intensiv işlərin sonunda uğurlu mahnısı ilə yenidən qarşınızda olacaq. Singilin musiqi tərtibatçısı Maykl Boren tərəfindən təşkil olunub, foto və klip çəkimi isə Üfüq Gökkaya rəhbərliyində İngiltərənin London və Kent şəhərlərində hazırlanıb. Daha əvvəl səsini Halil Sezainin "Üsyan" mahnısı ilə bütün Türkiyədə və eyni zamanda İran, Azərbaycan və Avropanın bir çox ölkələrində çatdıran Ayda, ilk Türkcə çalısması, "Boğazda Yanğın Var" ilə, 2015-ci ildə, Sony Musiqi etiketi ilə çıxarmışdı. "Dam Di Dam" mahnısı ilə Ayda Türkiyənin yeni nəslinin nümayəndəsi olmağı hədəfləyir. Aydanın əyləncəli mahnısını bütün digital satış nöqtələrindən yükləyə bilərsiniz. Klipi isə tezliklə sizlərə təqdim ediləcək.

AzərPEYK




Xəbər lenti