Son zamanlar gizli layihələr üzərində işləyən, məşhur model Irina Şeykin dünən gecə paylaşdığı selfi 140 mindən çox izləyici tərəfindən bəyənilib. AzərPeyk-in məlumatına görə, dünyanın ən yaraşıqlı aktyorlarından biri olan, Bredli Kuperlə yaşayan 30 yaşlı seksi model, keçən həftə "gizli layihələr" üzərində çalışdığını sosial hesabında paylaşmışdı. Hələki, planlarla bağlı bir nəticə olmasa da, Şeyk dünən bir neçə foto paylaşıb. Eşşək ilə selfi edən Şeyk, fotoşəkilə; "Double trouble ..." (Cüt bəla) qeydini yazıb. Paylaşılan fotolar, bir neçə saniyə ərzində  yüzlərlə insanın diqqətini çəkib. Bəziləri "eşşəklə selfi çəkdirmək yeni trendmi?" deyə sual edərkən, bəziləri "eşşək qədər şansımız yoxdur "deyə şərh yazıblar.


AzərPeyk


Xəbər lenti