ATV kanalında yayımlanan "Yeni ulduz - 7" televiziya müsabiqəsinin qalibi, müğənni Çingiz Mustafayev “Qolos kraini” şousunda iştirak edib.

AzərPeyk atv.az-a istinadən xəbər verir ki, fevralın 28-də Ukraynanın “1+1” telekanalında yayımlanan “Qolos kraini” (“Səs Ukrayna”) vokal şousunun 6-cı mövsümündə iştirak edən azərbaycanlı müğənni Çingiz Mustafayev səhnəyə çıxaraq, “Bamboleo” mahnısını ifa edib.

Amma gənc ifaçının çıxışı səhnədə kiçik bir insidentlə yadda qalıb. Belə ki, o, gitarada ifa edərkən, musiqi alətinin simi qırılıb. Lakin buna baxmayaraq, Çingiz özünü itirməyib və  mikrofonu götürərək “bu ki, şoudur” deyib.

Daha sonra şounun orkestrindən digər bir gitaraçının müşayiəti ilə Çingiz mahnını sonadək başa çatdırıb.

Bütün jüri üzvləri – Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk, Aleksey Potapenko gənc müğənniyə tərəf çevrilib və onun ifasından heyran olduqlarını bildiriblər.

Çingiz isə özünə müəllim kimi Svyatoslav Vakarçuku seçib.

 AzərPeyk


Xəbər lenti