Bakıda kişi arvadını söydüyünə görə, qohumu tərəfindən bıçaqlanıb. Hadisə Bakıxanov qəsəbəsi Axundzadə küçəsi 44 ünvanında qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Musayev Famil Dadaş oğlu həyat yoldaşını təhqir edib və söyüb. Evdə qonaq olan 9-cu sinif şagirdi 15 yaşlı Faiq Manafov (o, F.Musayevin arvadının dayısı oğludur) söyüşə görə, F.Musayevə bıçaq zərbəsi vurub. Nəticədə F.Musayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı F.Manafovun əli kəsilib. Onun əlinə tikiş qoyulub.

Məktəbli hadisəni törətməsi barədə polisə özü məlumat verib.

Faktla bağlı araşdırma aparılır.(Report)
AzərPEYK


Xəbər lenti