Ötən il ərzində Azərbaycanın və Bakı şəhərinin yollarında 653 yol-nəqliyyat hadisəsi baş verib.
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, nəticədə 8 911,1 poqon metr əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12 poqon metr səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 poqon metr körpü məhəccəri, 43 poqon metr istinad divarı və 37 ədəd yol nişanı yararsız hala düşüb.
Ümumilikdə, yol təsərrüfatına 780 min manat məbləğində maddi ziyan dəyib, bundan 416,8 min manat (53,4%) ödənilib.
"Dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə 443 yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 61 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 143 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlanıb", - deyə cəmiyyətin məlumatında qeyd edilib.
AzərPeyk

Xəbər lenti