2017-ci il dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiqlənib. 

AzərPeyk xəbər verir ki, APA-nın məlumatına görə, dövlət büdcəsi kəsirinin yuxarı həddinin maliyyələşdirilməsi özəlləşdirmədən, digər mənbələrdən daxilolmalar (daxili və xarici borclanma, 2017-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı) cəmi 625 mln. manat və Avropa Birliyinin qrantından daxilolmalar 20 mln. manat hesabına həyata keçiriləcək.

Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri 16 mlrd. 900 mln. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 mlrd. 634 mln. 706 min manat, yerli gəlirləri 620 mln. 294 min manat, mərkəzləşdirilmiş xərcləri 16 mlrd. 211 mln. 286 min manat, yerli xərcləri 688 mln. 714 min manat) məbləğində təsdiq edilib.
AzərPEYK


Xəbər lenti