“Dünyada baş verən iqtisadi qlobal böhran Azərbaycana də təsirsiz ötüşməyib. Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsi ölkəmizdə valyuta gəlirlərini azaldıb”.

 

AzərPEYK-in xəbərinə görə, bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin iclasında büdcə müzakirələri zamanı deyib.

Spiker bildirib ki, ölkəyə daxil olan valyuta gəlirlərinin azaldılması nəticəsində Mərkəzi Bankın humanitar siyasətinə düzəlişlər edilib.

Oqtay Əsədov əlavə edib ki, ölkədə aparılan yüksək iqtisadi siyasət nəticəsində dünyada gedən böhranın Azərbaycana mənfi təsirləri mümkün qədər azaldılıb. 

“Azərbaycan iqtisadiyyatı öz dayanıqlı inkişafını qoruyub saxlaya bilib. Gələn ilin büdcəsinə nəzər salsaq görərik ki, layihədə qeyri-neft sektorunun inkişafı etdirilməsi vacib məsələlərdən biri kimi götürülüb. 2017-ci ilin büdcəsində cari illə müqayisədə xərclər azalıb. Lakin buna baxmayaraq layihənin əvvəlki illərdə olduğu kimi sosialyönümlülüyü saxlanılıb. Gələn ilin büdcəsində müdafiə qüdrətimizin gücləndirilməsi üçün lazımı vəsait ayrılıb”.

Spiker deyib ki, 2017-ci ilin büdcə layihəsi parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunub, 35 millət vəkili müzakirələrdə çıxış edib:

“Düşünürəm ki, plenar iclasda büdcə ilə aparılan müzakirələr də səmərəli olacaq”.
AzərPEYK

Bölmənin digər xəbərləri


Xəbər lenti