Dekabrın 1-də Londonun İCE birjasında keçirilən hərraclar zamanı "Brent" markalı neftin qiyməti 4,18% artaraq bir barel üçün 54,1 dollara çatıb.

 

Bu, "Brent" markalı neftin qiymətinin  son bir ildəki ən yüksək qiymətidir. "Brent" markalı neft sonuncu dəfə 2015-ci ilin 9 oktyabr tarixində bir barelə görə 54 dollardan yuxarı səviyyədə olub.

Xatırladaq ki, noyabrın 30-da OPEC-də 2017-ci il yanvarın 1-dən neft hasilatının sutkada 1,2 milyon barrel azaldılması (32,5 milyon barrelədək) barədə razılıq əldə olunub. Bu saziş kartel üzvü olmayan ölkələrin iştirakını da nəzərdə tutur. Onların hasilatı ümumən gündəlik 600 min barrel azaldılmalıdır. Rusiya bu həcmin 300 min barrelini təmin etməyə razılaşıb.
Nəticədə bu addım neftin qiymətiə təsir edib.
AzərPEYK

Bölmənin digər xəbərləri


Xəbər lenti