Azərbaycan Asiya bazarlarına neft tədarükünü artırmağa can atır.

 

Bu barədə Reuters məlumat yayıb.

“Eikon”un təqdim etdiyi rəqəmlərə görə, oktyabr ayında Azərbaycan Çin, Tayvan və Hindistana təxminən 7 milyon barel neft nəql edib, bu, 2015-ci ilin yanvar ayından maksimum göstəricidir.

Nəşr qeyd edir ki, Asiyadan olan alıcılar OPEK-dən olan istehsalçıların neftin qiymətinin saxlanılmasını müzakirə etmələrini narahatlıqla izləyirlər. Onlar OPEK-in məhdudiyyətlərinə görə qiymətlərin əlverişli olmadığı halda, yeni mənbələri nəzərdən keçirəcəklərini deyiblər.

ABŞ ilə dünyada ən iri neft idxalçısı adı uğrunda mübarizə aparan Çində Yaxın Şərq tədarükçülərindən asılılığın azaldılması uğrunda mübarizə OPEK-in əsas üzvlərindən olan Səudiyyə Ərəbistanının ölkəyə tədarük üzrə birinciliyi Rusiyaya verməsinə gətirib çıxarıb.

“Eikon”un məlumatına görə, Yaxın Şərq istehsalçıları Çin bazarına tədarükü yanvarda olan 50%-dən noyabrda 46%-ə çatdırıblar.

Nəşrdə qeyd edilib ki, əgər OPEK neft hasilatının azaldılmasına dair razılığa gəlsə, Asiya bazarlarına təşkilata daxil olmayan ölkələrin nefti tədarük ediləcək. Rəqəmlərə görə, Azərbaycan artıq fəal şəkildə bu bazarı fəth etməyə başlayıb.
AzərPEYK

Bölmənin digər xəbərləri


Xəbər lenti