Bu mövsüm tarixində ilk dəfə Çempionlar Liqasında qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” 3 turdan sonra aktivinə 1 xal yazdırıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi “ölüm qrupu”nda son pillədə qərarlaşmasına baxmayaraq, hələ də növbəti mərhələ şansını qoruyur.

 

Belə ki, qitə futbol qurumu “Qarabağ”la yanaşı, ilk 3 turda qələbə qazana bilməyən komandaların 1/8 final mərhələsinə adlayacaqlarını istisna etməyib. Bununla bağlı yazı hazırlayan UEFA yaxın keçmişdə analoji vəziyyətlə üzləşib qrupdan çıxan komandaları örnək göstərib.

 

Hazırda Azərbaycan çempionu ilə bərabər “Benfika”, “Anderlext”, “Atletiko”, “Olimpiakos”, “Maribor”, “Feyenoord”, “Monako”, APOEL və Dortmund “Borussiya”sı qrup mərhələsinin ilk dövrəsindən sonra qalibiyyət üzü görməyən klublardı.

 

2003-04 mövsümündən bəri isə 11 komanda eyni duruma düşməsinə baxmayaraq, qrupu ilk iki sırada tamamlamağı bacarıb. Bunlar “Arsenal” (2003-04), “Selta” (2003-04), “Porto” (2004-05), “Verder” (2005-06), “Liverpul” (2007-08), “Panatinaikos” (2008-09), “Ştutqart” (2009-10), “Qalatasaray” (2012-13), “Mançester Siti” (2014-15), “Gent” (2015-16) və “Roma”dı (2015-16). Adıçəkilən klublardan göstərilən mövsümlərdə 8-i 1/8 finalda mübarizəni dayandırıbsa, “Arsenal” və “Qalatasaray” 1/4-ə, “Liverpul” isə yarımfinala qədər irəliləməyi bacarıb.

 

UEFA ilk 3 turda 7 xal toplayan “Çelsi”, “Real” və “Tottenhem”i arxayınlaşmamağa da dəvət edib. Çünki vaxtilə Moskva MOİK-i (2006-07), “Marsel” (2007-08), “Reyncers” (2007-08) və “Porto” (2015-16) uğurlu start götürərək 2 qələbə, 1 heç-heçəlik nəticə göstərsələr də, sonda qrupda qalıblar.

 

Həmçinin ilk 3 turda aktivinə 2 qələbə yazdıran “Bazel”, “Bavariya”, “Yuventus” və Donetsk “Şaxtyor”u da çox öyünməsinlər. Əks təqdirdə “Ayaks” (2003-04), Kiyev “Dinamo”su (2003-04) və Donestk “Şaxtyor”unun (2007-08) aqibəti ilə üzləşərlər.

 

Statistika onu deməyə əsas verir ki, hazırda 9 xala malik olan “Mançester Yunayted”, PSJ, “Barselona”, “Mançester Siti” və “Beşiktaş” mütləq 1/8 final mərhələsinə adlayacaqlar.

 

Bölmənin digər xəbərləri

08 Dekabr 2016 Bakı IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşmağa başladı
29 Avqust 2016 İrana olimpiadada tarixi medal qazandıran qadın taekvondoçu azərbaycanlıdır
22 Avqust 2016 "Qarabağ" - "Göteborq" oyununun biletləri satışa çıxarılıb
22 Avqust 2016 The Telegraph: “Azərbaycan Rio-nun ən effektiv komandasıdır”
01 Avqust 2016 Fransanın “Lill” futbol klubu sabah Bakıya gələcək
08 İyul 2016 Avro-2016: Fransa–Portuqaliya finalı ingilislərə tapşırıldı
01 May 2016 Qurban Qurbanovdan rekord
28 Aprel 2016 Formula 1-in biletlərinə nə daxildir?
18 Aprel 2016 Bakıda Şahmat Olimpiadası ilə əlaqədar viza preoseduru sadələşdirildi PREZİDENT SƏRƏNCAMI
28 Mart 2016 Azərbaycan olimpiyaçılar üçün bahalı formalardan imtina etdi
11 Mart 2016 Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi
11 Mart 2016 Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinə üzv seçildi
26 Fevral 2016 Akif İsmayılov vəfat etdi
26 Fevral 2016 Bu gün FİFA prezidenti postuna seçkilər keçiriləcək
25 Yanvar 2016 2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək
23 Yanvar 2016 İdman gimnastikası üzrə Dünya Kuboku mərhələsi Bakıda keçiriləcək
20 Yanvar 2016 Ermənistan üzərində tarixi qələbə - “Neftçi”nin 20 Yanvar dönüşü+Video
11 Yanvar 2016 Meksikada faciə: 20 futbolçu öldü
26 Dekabr 2015 FİFA-nın keçmiş vitse-prezidenti rüşvət aldığını etiraf edib
13 Dekabr 2015 AVRO-2016-nın oyunlarının tam təqvimi

Xəbər lenti