Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Boulevard Hotel"də mətbuat konfransı təşkil olunub.

 

AzərPeyk xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov əsas işlərin bu gündən başladığını, öz axarı və qaydasında davam etdiyini bildirib. Nazir 50 ölkədən 71 nümayəndənin hazırda Azərbaycan paytaxtında son vəziyyətlə tanışlıq məqsədilə olduğunu bildirib. A.Rəhimov gələn ilin 12-22 mayında keçiriləcək Oyunlarda bütün İslam ölkələrinin iştirakını çox istədiklərini deyib.

O, müxtəlif ölkələrdən gəlmiş nümayəndələrin Bakıda müxtəlif mövzularda - idmançıların qarşılanması və yerləşdirilməsi, çarter reyslərinin təşkili, antidopinq məsələri üzrə müzakirələr apardıqlarını da əlavə edib.

İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar hazırlığın gedişi barədə məlumat verib və hər şeyin qaydasında olduğunu vurğulayıb: "İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faysal Abdulaziz Əl-Nassar: “Bu oyunlarda 50 İslam ölkəsi iştirak edəcək. Ümid edirəm ki, 57 ölkənin nümayəndələri bura gələcək. Hamıya uğurlar arzulayıram. Ancaq hətta 50 ölkə bu yarışa qatılsa da, İslam Həmrəyliyi Oyunları tarixində rekord göstərici olacaq. Atletlər kəndini çox bəyəndim. Bu yarışın çox böyük uğurla təşkil olunacağını düşünürəm. Sabah oyunlarda istifadə olunacaq bütün idman arenalarına baxış keçiriləcək. Şəraitlə yerindəcə tanış olacağıq. Ümid edirəm ki, Bakı gələcəkdə Olimpiya Oyunlarını da qəbul edəcək. Çünki Azərbaycanda bunun üçün münbit şərait var".
AzərPeyk

Bölmənin digər xəbərləri

22 Oktyabr 2017 “Qarabağ” qrupdan çıxa bilər – UEFA açıqladı
29 Avqust 2016 İrana olimpiadada tarixi medal qazandıran qadın taekvondoçu azərbaycanlıdır
22 Avqust 2016 "Qarabağ" - "Göteborq" oyununun biletləri satışa çıxarılıb
22 Avqust 2016 The Telegraph: “Azərbaycan Rio-nun ən effektiv komandasıdır”
01 Avqust 2016 Fransanın “Lill” futbol klubu sabah Bakıya gələcək
08 İyul 2016 Avro-2016: Fransa–Portuqaliya finalı ingilislərə tapşırıldı
01 May 2016 Qurban Qurbanovdan rekord
28 Aprel 2016 Formula 1-in biletlərinə nə daxildir?
18 Aprel 2016 Bakıda Şahmat Olimpiadası ilə əlaqədar viza preoseduru sadələşdirildi PREZİDENT SƏRƏNCAMI
28 Mart 2016 Azərbaycan olimpiyaçılar üçün bahalı formalardan imtina etdi
11 Mart 2016 Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi
11 Mart 2016 Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinə üzv seçildi
26 Fevral 2016 Akif İsmayılov vəfat etdi
26 Fevral 2016 Bu gün FİFA prezidenti postuna seçkilər keçiriləcək
25 Yanvar 2016 2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək
23 Yanvar 2016 İdman gimnastikası üzrə Dünya Kuboku mərhələsi Bakıda keçiriləcək
20 Yanvar 2016 Ermənistan üzərində tarixi qələbə - “Neftçi”nin 20 Yanvar dönüşü+Video
11 Yanvar 2016 Meksikada faciə: 20 futbolçu öldü
26 Dekabr 2015 FİFA-nın keçmiş vitse-prezidenti rüşvət aldığını etiraf edib
13 Dekabr 2015 AVRO-2016-nın oyunlarının tam təqvimi

Xəbər lenti