2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış İranın milliyyətcə azərbaycanlı taekvondoçusu Kimya Əlizadə tarixi nailiyyətə imza atıb.
18 yaşlı idmançı ölkəsinin ilk qadın olimpiya medalçısı olub.
57 kq çəki dərəcəsində yer alan Əlizadənin bu uğuru İranda qızıl medala bərabər tutulub.
 Nəticədə olimpiya çempionu üçün nəzərdə tutulan 10 min dollar mükafatın ona da veriləcəyi vəd olunub. İran prezidenti Həsən Ruhani qadın taekvondoçuya müraciətində onun bütün iranlılara, xüsusən, qadınlara xoşbəxtlik bəxş etdiyini bildirib. Ölkənin dini lideri Ayətullah Xamenei isə iranlı qadın idmançının "Xanımlar üçün şərəfli hicab geyimi"ni hamıya nümunə göstərdiyini bildirib. Xarici işlər nazirinin müavini Hüseyn Cabiri Ansari isə bürünc medal qazanan digər hicablı, misirli Hidayə Mələyi də təbrik edərək, onları müsəlman dəyərlərinə hörmət edən qadınların birlik və güc simvolu adlandırıb.
Qeyd edək ki, Kimya Əlizadə 10 iyul 1998-ci ildə İranın Karac şəhərində azərbaycanlı ailəsində dünyaya gəlib. Onun atası Təbriz yaxınlığındakı Zunuz əyalətindən, anası isə Ərdəbildəndir. Əlizadə əvvəllər Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında və dünya çempionatında qızıl, böyüklər arasında dünya çempionatında isə günüş medal əldə edib. 
AzərPeyk

Bölmənin digər xəbərləri

22 Oktyabr 2017 “Qarabağ” qrupdan çıxa bilər – UEFA açıqladı
08 Dekabr 2016 Bakı IV İslam Həmrəyliyi Oyunlarına hazırlaşmağa başladı
22 Avqust 2016 "Qarabağ" - "Göteborq" oyununun biletləri satışa çıxarılıb
22 Avqust 2016 The Telegraph: “Azərbaycan Rio-nun ən effektiv komandasıdır”
01 Avqust 2016 Fransanın “Lill” futbol klubu sabah Bakıya gələcək
08 İyul 2016 Avro-2016: Fransa–Portuqaliya finalı ingilislərə tapşırıldı
01 May 2016 Qurban Qurbanovdan rekord
28 Aprel 2016 Formula 1-in biletlərinə nə daxildir?
18 Aprel 2016 Bakıda Şahmat Olimpiadası ilə əlaqədar viza preoseduru sadələşdirildi PREZİDENT SƏRƏNCAMI
28 Mart 2016 Azərbaycan olimpiyaçılar üçün bahalı formalardan imtina etdi
11 Mart 2016 Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi
11 Mart 2016 Elmar Məmmədyarov AFFA-nın İcraiyyə Komitəsinə üzv seçildi
26 Fevral 2016 Akif İsmayılov vəfat etdi
26 Fevral 2016 Bu gün FİFA prezidenti postuna seçkilər keçiriləcək
25 Yanvar 2016 2018-ci ildə Bakıda daha bir Avropa çempionatı keçiriləcək
23 Yanvar 2016 İdman gimnastikası üzrə Dünya Kuboku mərhələsi Bakıda keçiriləcək
20 Yanvar 2016 Ermənistan üzərində tarixi qələbə - “Neftçi”nin 20 Yanvar dönüşü+Video
11 Yanvar 2016 Meksikada faciə: 20 futbolçu öldü
26 Dekabr 2015 FİFA-nın keçmiş vitse-prezidenti rüşvət aldığını etiraf edib
13 Dekabr 2015 AVRO-2016-nın oyunlarının tam təqvimi

Xəbər lenti