AVRO-2016-nın final mərhələsinin tam təqvimi müəyyənləşib.

Oyunlar Fransanın 9 şəhərinin 10 stadionunda baş tutacaq. Həm iyunun 10-dakı açılış, həm də iyulun 10-dakı final görüşü Parisdəki "Stad de Frans"da keçiriləcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Ardını oxu...

Rusiyanın futbol üzrə gənclərdən ibarət yığma komandasının Azərbaycan yığmasına 0:3 hesablı ağır məğlubiyyəti bu ölkədə hələ də qızğın müzakirə mövzusu olaraq qalır.

Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Rusiya Futbol İttifaqının prezidenti, bu ölkənin idman naziri Vitali Mutko 0:3 hesablı məğlubiyyətin səbəblərindən danışıb.

Rusiyalı nazir hesab edir ki, əsas səbəblərdən biri Azərbaycan futolçularının rusiyalılardan yaşca böyük olmasıdır.

“Mən bu məğlubiyyətə indi ciddi qiymət verə bilmərəm. Biz hər şeyi öz aramızda müzakirə edəcəyik. Lakin fakt budur ki, komandamız qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədi. Halbuki onun buna potensialı çatırdı. Burada meydana xeyli sual çıxır. Öz klublarının əsas heyətində oynayan futbolçular yığmaya niyə çağırılmır? Bəli, yeniyetmələrdən ibarət yığma komandada nəyəsə nail olan uşaqlara bel bağlamaq olar.

Amma rəqiblə müqayisədə iki yaş fərqli ciddi amildir. Ona görə də Azərbaycana uduzduq... O azərbaycanlı oğlan (Azərbaycan yığmasının oyunçusu Kərəm Bəhnkəni nəzərdə tutur-red.) qapımıza iki qol vurdu. Amma o, bizimkilərdən yaşda açıq-aşkar böyükdür. O, cərimə meydançasında hamını çiyni ilə itələyib yıxırdı” - deyə V.Mutko Azərbaycan yığmasını faktiki olaraq saxtakarlıqda ittiham edib.
AzərPeyk

Bu gün Azərbaycan otüstü xokkey yığmasının üzvləri və məşqçiləri “Exelsior” otelin qarşısında aksiya keçirib. Onlar maaşlarının verilməsini tələb ediblər.
Otüstü Xokkey Federasiyasının mətbuat xidmətinin rəhbəri Yaqub Nuriyev bildirib ki, ölkədəki otüstü xokkey komandaları və yığmalar bu ilin iyul ayının 1-dən buraxılıb: “Həmin tarixdən etibarən otüstü xokkey komandaları da buraxılıb. Ümumilikdə isə bu sahədə olan 400-500 nəfər, həm idmançılar, həm də məşqçilər və digər texniki heyət üzvü var. Onlara verilməli olan maaşın ümumi miqdarı isə 50 min manata yaxındır”.

Federasiya rəsmisinin sözlərinə görə, ölkədə otüstü xokkey idman növü üzrə bütün fəaliyyətlər artıq dayandırılıb.

Federasiyadan maaşlarının tələb edənlər arasında ukraynalı və pakistanlı legionerlər və texniki işçilər də var.
Federasiyadan o da bildirildi ki, məsələ ilə bağlı prezidentə müraciət olunub. Ölkə başçısı məsələnin araşdırılmasını Gənclər və İdman Nazirliyinə tapşırıb.

AzərPeyk


Xəbər lenti