Bakıda sərnişin avtobusu ağır qəza törədib.
Sabunçu rayonu ərazisində Zabrata gedən yolda (SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında) 105 saylı xətt üzrə hərəkət edən “Otoyol” markalı, 10 TD 084 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu qadını vurub. Ağır xəsarət alan 1971-ci il təvəllüdlü Zəminə Əliyeva hadisə yerindəcə keçinib.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
Azərpeyk

Bölmənin digər xəbərləri


Xəbər lenti