Bu gün səhər saatlarında Xaçmaz rayonu ərazində yol-nəqliyyat hadisəsi baş verib.

 

Azerpeyk.az xəbər verir ki,  APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Gəndob-Yalama yolunun rayonun Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ - 21010" markalı, 27 BM 998 dövlət nömrə-nişanlı avtomaşın yolun kənarında maneəyə çırpılıb. Nəticədə avtomobildə olan 1991-ci il təvəllüdlü Rəsulov Asəf Zahid oğlu xəsarət alıb. O, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Bölmənin digər xəbərləri


Xəbər lenti