Səhiyyə Nazirliyi Şirvanda Müdafiə Sənayesi Nazirliyinə məxsus "Araz" zavodunda baş verən partlayışda yaralanan şəxslərlə bağlı yeni rəqəmlər açıqlayıb.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın verdiyi məlumata görə, hadisə nəticəsində Şirvan Mərkəzi Rayon Xəstəxanasına 24 nəfər gətirilib.

Onlardan 14 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb. Hazırda xəstəxanada 10 nəfər müalicə alır. Onlardan 3 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

7 nəfərin isə xəsarətləri yüngüldür. 
AzərPEYK


Xəbər lenti