Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanla danışıqlarının dayandırılması barədə səsləndirdiyi fikirinə münasibət bildirib.
Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Ermənistan odla oynayır.
"Azərbaycandakı vəziyyət ətraf ölkələrə bənzəmir".
"Türkiyə hər vasitə ilə xoş niyyətini göstərməyə çalışır. Bu atışmalarda Azərbaycan güc qazanır. Rusiya da Ermənistana tam dəstək verimir. Ən azından açıq dəstək verə bilmir. Çünki Azərbaycanla yüksək səviyyədə əməkdaşlığı var”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidentinin sözlərinə görə, Ermənistan Azərbaycanın azad etdiyi ərazilərin əhəmiyyətsiz mövqelər olduğunu desə də rəsmi İrəvan qorxu içərisindədir.
“Azərbaycandakı vəziyyət ətraf ölkələrə bənzəmir. Bu problem nə Gürcüstana, nə də Ukraynaya bənzəyir”.
Türkiyə prezidenti bundan əvvəl İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Sammitində də Qarabağda baş verənlərə toxunmuşdu. O, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərini dərhal tərk etməli olduğunu deyib.  
Ərdoğan: Ermənistan silahlı qüvvələri Qarabağı dərhal tərk etməlidirƏrdoğan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran prezident BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb.
Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin həllinə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir. Ərdoğan deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmalıdır.
AzərPeyk

Bölmənin digər xəbərləri

31 Yanvar 2017 Səməd Seyidov: Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq
26 Sentyabr 2016 YAP: “Xalq prezidentə etimad göstərdi"
04 Avqust 2016 DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
28 İyul 2016 Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir
11 May 2016 “HÜCUM ƏMRİNİ GÖZLƏYİRİK!” – Düşməndən azad edilmiş səngərlərdən reportaj – FOTOLAR
05 May 2016 Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda: "Moskva ilə müzakirə edilməyib"
21 Aprel 2016 TANAP layihəsi çərçivəsində 8 min nəfər işlə təmin olunacaq
18 Aprel 2016 Erməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdiErməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdi
15 Aprel 2016 Xocavənddə düşmən əsgəri məhv edildi
06 Aprel 2016 SON XƏBƏR! Atəşkəs yenə pozuldu
05 Aprel 2016 Oqtay Əsədov: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb"
03 Aprel 2016 Bakida avtomobil yolun ortasında külə döndü-eksklüziv+fotolar
23 Mart 2016 Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR
14 Mart 2016 Tələbə qızın intihar olayında şok gəlişmə: "Onu öldürdülər"
10 Mart 2016 XİN: Azərbaycan Ermənistanın növbəti təxribat əməlinin qarşısını alır
04 Mart 2016 İşdən çıxarılan icra başçısından açıqlama - “Gedib ailə quracağam”
04 Mart 2016 Bakıda ağır qəza - Ölən var
29 Fevral 2016 Paytaxtda yol polisi ilə qadın sürücü arasında insident
29 Fevral 2016 Mərkəzi Bank banklara necə kömək edə bilər? - Təkliflər
29 Fevral 2016 Dolların bugünkü qiyməti

Xəbər lenti