Azərbaycan qazını Türkiyəyə və buradan da Avropaya nəql edəcək Trans-Anadolu Boru Kəmərinin (TANAP) 440 km-lik hissəsinin qaynaq işləri tamamlanıb.

 

Türkiyə KİV xəbər verir ki, bu barədə TANAP layihəsinin baş direktoru Saltuk Düzyol Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Vəqfinin təşkil etdiyi "Türkiyənin enerjidə mərkəz ölkə olma axtarışı paneli"ndə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 1 334 km, 56 düymlük hissənin təxminən 1/3 hissəsi və 100 km hissədə boruların döşənməsi işləri tamamlanıb.

TANAP-ın baş direktoru xatırladıb ki, layihə çərçivəsində indiyədək 4,5 mlrd. dollar dəyərində tender tamamlanaraq müqavilələr imzalanıb: "Boru kəmərinin Əskişəhərdən Trakya-Yunanıstan sərhəddinə qədər olan hissəsinin tenderi həyata keçirilib. Sualtı hissədən başqa bütün hissələr üzrə müqavilələr imzalanıb".

O qeyd edib ki, layihədə işlər olduqca sürətlə aparılır. S.Düzyol layihənin (Əskişəhərə qədər olan hissə) 2018-ci ilin iyun ayında tamamlanmasının planlaşdırıldığını qeyd edib: "Qarşımızda bir təqvim var. Əsas vəzifəmiz bu layihəni vaxtında tamamlamaqdır. Amma daha tez bir tarixdə layihəni işə salmaq üçün bütün imkanlarımızdan istifadə edəcəyik. Bunun üçün var gücümüzlə çalışırıq".

S.Düzyol qeyd edib ki, layihə çərçivəsində 5 min nəfər işlə təmin olunub, yeni tenderlərlə birlikdə bu rəqəm 8 min nəfərə çatacaq. O, boru xəttinin keçəcəyi 20 şəhər və 67 qəsəbədə çoxlu sayda kiçik biznesə dəstək verilməyə başlandığını bildirib.

BP şirkətinin Türkiyə üzrə icraçısı Bak Fakrell (Buck Fackrell) qarşıdakı 20 ildə dünya üzrə enerji ehtiyacının 34% artacağını bildirib və Cənub Qaz Dəhlizi layihəsindən danışaraq qeyd edib ki, bu, strateji layihədir: "Türkiyə enerji mərkəzli bir ölkə ola bilər. TANAP bu yöndə çox önəmli rol oynayacaq".
AzərPeyk

Bölmənin digər xəbərləri

31 Yanvar 2017 Səməd Seyidov: Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq
26 Sentyabr 2016 YAP: “Xalq prezidentə etimad göstərdi"
04 Avqust 2016 DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
28 İyul 2016 Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir
11 May 2016 “HÜCUM ƏMRİNİ GÖZLƏYİRİK!” – Düşməndən azad edilmiş səngərlərdən reportaj – FOTOLAR
05 May 2016 Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda: "Moskva ilə müzakirə edilməyib"
28 Aprel 2016 Ərdoğan: ''Ermənistan odla oynayır''
18 Aprel 2016 Erməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdiErməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdi
15 Aprel 2016 Xocavənddə düşmən əsgəri məhv edildi
06 Aprel 2016 SON XƏBƏR! Atəşkəs yenə pozuldu
05 Aprel 2016 Oqtay Əsədov: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb"
03 Aprel 2016 Bakida avtomobil yolun ortasında külə döndü-eksklüziv+fotolar
23 Mart 2016 Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR
14 Mart 2016 Tələbə qızın intihar olayında şok gəlişmə: "Onu öldürdülər"
10 Mart 2016 XİN: Azərbaycan Ermənistanın növbəti təxribat əməlinin qarşısını alır
04 Mart 2016 İşdən çıxarılan icra başçısından açıqlama - “Gedib ailə quracağam”
04 Mart 2016 Bakıda ağır qəza - Ölən var
29 Fevral 2016 Paytaxtda yol polisi ilə qadın sürücü arasında insident
29 Fevral 2016 Mərkəzi Bank banklara necə kömək edə bilər? - Təkliflər
29 Fevral 2016 Dolların bugünkü qiyməti

Xəbər lenti