2009-cu ildə rəsmi Yerevan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “İTB Berlin” turizm sərgisində iştirakı ilə bağlı təxribata cəhd göstərib və bunun qarşısı alınıb. Həmin ildən etibarən Azərbaycanın Almaniyadakı səfirliyinin həyata keçirdiyi önləyici tədbirlər sayəsində ayrıca pavilyonla “İTB Berlin” turizm sərgisində qondarma rejimin iştirakının qarşısı səmərəli şəkildə alınır.

Bu fikirləri cari il martın 9-13-də Almaniyada keçirilən “İTB Berlin” beynəlxalq turizm sərgisində Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin iştirakı məsələsinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu il “İTB Berlin” turizm sərgisinin təşkilat komitəsini aldadaraq başqa ad altında kommersiya şərtləri ilə qeydiyyatdan keçən bir təşkilat sərgi başlayan gün ona aid olan pavilyonda “Karabakh” adlanan plakat asıb. Göründüyü kimi, yalan və saxtakarlıqdan belə çəkinməyən qondarma rejim bu cür davranışla əslində özünün kriminal təfəkkürlü mahiyyətini bir daha nümayiş etdirir.

Azərbaycanın Almaniyadakı səfirliyi tədbirin təşkilatçıları ilə təmasda olaraq, bu stendin ləğv edilməsi üçün tədbirlər görür.

Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərinin ilhaq etmək, işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaratdığı qondarma rejimi təşviq etmək və işğalın nəticələrini möhkəmləndirmək üçün qazanc məqsədilə turizmdən sui-istifadə edir.

Azərbaycan Respublikası 2014-cü ilin oktyabrında Səmərqənddə keçirilmiş Dünya Turizm Təşkilatının (DTT) İcraiyyə Şurasının 99-cu sessiyasında DTT-nin nizamnaməsinə, beynəlxalq hüquqa və turizmin fundamental məqsəd və məramlarına zidd olaraq, turizmdən siyasi məqsədlər üçün sui-istifadə edilməsi, münaqişə zonaları və qeyri-qanuni hərbi işğal altında olan ərazilərin turizm məntəqəsi kimi təşviq olunmasının narahatlıq doğurduğunu gündəmə gətirib. Bu cür əməllərin DTT və BMT Baş Məclisi tərəfindən təsdiq olunmuş Turizmə dair Qlobal Etik Məcəlləyə zidd olduğu da qeyd edilib.

Turizmə dair Qlobal Etik Məcəlləyə əsasən turistlərdən və turizm sahəsində fəaliyyət göstərən qurumlardan səfər edilən ölkənin qanunlarına hörmət etmək, turizm səfəri zamanı cinayət əməlləri və səfər edilən ölkənin qanunlarına görə cinayət hesab oluna biləcək hər hansı fəaliyyətdən kənar durmaq tələb olunur.

Dünya Turizm Təşkilatının İcraiyyə Şurası 2015-ci ilin mayında Xorvatiyada keçirilmiş 100-cü sessiyasında Azərbaycanın təklifi əsasında Turizmin Etik Qaydaları üzrə Dünya Komitəsinin “Münaqişə zonalarının turizm məntəqəsi kimi təşviqinin və turizmin qeyri-qanuni məqsədlər üçün istifadəsinin qarşısının alınması” adlı tövsiyələri nəzərdən keçirib. Bu tövsiyələr əsasında hökumətləri, turizm sektorunda olan dövlət və özəl müəssisələri bütün hallarda, o cümlədən hərbi münaqişələr zamanı Turizmə dair Qlobal Etik Məcəllə, eləcə də BMT Baş Məclisi və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutmağa çağıran qərar qəbul edilib.

DTT-nin Nizamnaməsini, Turizmə dair Qlobal Etik Məcəlləni, DTT-nin İcraiyyə Şurasının müvafiq qərar və tövsiyələrini rəhbər tutaraq, Azərbaycan tərəfi bütün dövlətləri, turizm sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin turizm məntəqəsi kimi təşviq və sui-istifadə edilməsinə imkan verməmək üçün təsirli addımlar atmağa çağırır.
AzərPeyk

Bölmənin digər xəbərləri

31 Yanvar 2017 Səməd Seyidov: Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq
26 Sentyabr 2016 YAP: “Xalq prezidentə etimad göstərdi"
04 Avqust 2016 DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
28 İyul 2016 Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir
11 May 2016 “HÜCUM ƏMRİNİ GÖZLƏYİRİK!” – Düşməndən azad edilmiş səngərlərdən reportaj – FOTOLAR
05 May 2016 Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda: "Moskva ilə müzakirə edilməyib"
28 Aprel 2016 Ərdoğan: ''Ermənistan odla oynayır''
21 Aprel 2016 TANAP layihəsi çərçivəsində 8 min nəfər işlə təmin olunacaq
18 Aprel 2016 Erməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdiErməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdi
15 Aprel 2016 Xocavənddə düşmən əsgəri məhv edildi
06 Aprel 2016 SON XƏBƏR! Atəşkəs yenə pozuldu
05 Aprel 2016 Oqtay Əsədov: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb"
03 Aprel 2016 Bakida avtomobil yolun ortasında külə döndü-eksklüziv+fotolar
23 Mart 2016 Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR
14 Mart 2016 Tələbə qızın intihar olayında şok gəlişmə: "Onu öldürdülər"
04 Mart 2016 İşdən çıxarılan icra başçısından açıqlama - “Gedib ailə quracağam”
04 Mart 2016 Bakıda ağır qəza - Ölən var
29 Fevral 2016 Paytaxtda yol polisi ilə qadın sürücü arasında insident
29 Fevral 2016 Mərkəzi Bank banklara necə kömək edə bilər? - Təkliflər
29 Fevral 2016 Dolların bugünkü qiyməti

Xəbər lenti