Dünən Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mahmud Quliyev danışıb.

 

AzərPeyk xəbər verir ki, AzNews.az-a açıqlama verən sabiq başçı prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:“Prezident etimad göstərdi, vəzifəyə qoydu. 16 il işləmişəm, prezidentə minnətdaram. İndi də işimdə nöqsanlar olduğu üçün prezident vəzifədən çıxarılmağımla bağlı qərar verib. Çox düzgün qərardır. Mən özüm də çıxmaq istəyirdim. Onun bu qərarından razıyam”.

M.Quliyev işdən çıxarıldıqdan sonra Prezident Administrasiyasından verilən açıqlamaya da münasibət bildirib:“Nə deyiblərsə düzdür. Yəqin etimadı itirmişəm, nəsə iradlar var”.

M.Quliyev “bundan sonra nə işlə məşğul olacaqsınız” sualına isə belə cavab verib: “Mən pensioner adamam. Gedib ailə quracağam”.

Qeyd edək ki, Mahmud Quliyevin 63 yaşı var və ailəlidir.

Xatırladaq ki, Mahmud Quliyev bir müddət əvvəl vətəndaşları təhqir etməsi və söyməsilə gündəmə gəlmişdi. Dünən isə Prezident İlham Əliyev Mahmud Quliyevin və Laçın rayon İcra Hakmiyyətini başçısı Akif Səlimovun işdən azad olunması ilə bağlı sərəncam imzalayıb. Daha sonra isə Prezident Administrasiyası rəhbərinin müavini, ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev onların işdən azad olunması ilə bağlı verilən qərarı şərh edib: “Əhalidən gələn şikayətlər, aparılan təhlillər göstərib ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbərləri qeyd edilənlərdən nəticə çıxarmayıblar. Onlar öz fəaliyyətlərini cənab Prezidentin qarşımıza qoyduğu tələblər səviyyəsində qura bilməyib, vətəndaşların problemlərinə laqeydlik, biganəlik göstərib, insanlarla münasibətdə qeyri-səmimilik və kobudluq nümayiş etdirib, təvazökarlıqdan uzaq hərəkətlərə yol veriblər. Adları qeyd olunan sabiq icra hakimiyyəti başçıları cənab Prezidentin etimadını doğrulda bilməyiblər, daha dəqiq desək, etibarını itiriblər”.
AzərPeyk

Bölmənin digər xəbərləri

31 Yanvar 2017 Səməd Seyidov: Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq
26 Sentyabr 2016 YAP: “Xalq prezidentə etimad göstərdi"
04 Avqust 2016 DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
28 İyul 2016 Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir
11 May 2016 “HÜCUM ƏMRİNİ GÖZLƏYİRİK!” – Düşməndən azad edilmiş səngərlərdən reportaj – FOTOLAR
05 May 2016 Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda: "Moskva ilə müzakirə edilməyib"
28 Aprel 2016 Ərdoğan: ''Ermənistan odla oynayır''
21 Aprel 2016 TANAP layihəsi çərçivəsində 8 min nəfər işlə təmin olunacaq
18 Aprel 2016 Erməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdiErməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdi
15 Aprel 2016 Xocavənddə düşmən əsgəri məhv edildi
06 Aprel 2016 SON XƏBƏR! Atəşkəs yenə pozuldu
05 Aprel 2016 Oqtay Əsədov: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb"
03 Aprel 2016 Bakida avtomobil yolun ortasında külə döndü-eksklüziv+fotolar
23 Mart 2016 Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR
14 Mart 2016 Tələbə qızın intihar olayında şok gəlişmə: "Onu öldürdülər"
10 Mart 2016 XİN: Azərbaycan Ermənistanın növbəti təxribat əməlinin qarşısını alır
04 Mart 2016 Bakıda ağır qəza - Ölən var
29 Fevral 2016 Paytaxtda yol polisi ilə qadın sürücü arasında insident
29 Fevral 2016 Mərkəzi Bank banklara necə kömək edə bilər? - Təkliflər
29 Fevral 2016 Dolların bugünkü qiyməti

Xəbər lenti