Bakıda yol polisi əməkdaşı ilə qadın sürücü arasında gərgin anlar yaşanıb.

 

Sosial şəbəkədə yayılan həmin videonu hadisə şahidlərindən biri qeydə alıb. Videodan görünür ki, polisin “saxla” əmrinə tabe olmayan 99- FH- 475 dövlət nömrə nişanlı avtomobilin qadın sürücüsü polisi avtomobilindən kənarlaşdırmağa cəhd edib. 99- YP- 497 nömrə nişanlı maşında olan Yol Patrul Xidməti (YPX) əməkdaşı isə qadına qarşı kobudluq edərək onu yerə yıxır. Daha sonra öz avtomobilinə pəncərədən minən qadının ardınca polis də eyni yolla maşına daxil olub və onun hərəkətinə mane olub.

Sözügedən avtomobildə qadından əlavə bir kişi sərnişin də olub.

Məsələyə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov da münasibət bildirib. Onun sözlərinə görə, polis Xətai rayonu ərazisində xidmət aparan zaman 99- FH- 475 dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfinin əzik olması, eyni zamanda Nəcəfqulu Zəbiyev küçəsi ilə Babək prospektinin kəsişməsində digər avtomobillərə yol verməməsi faktını aşkarlayıb və ona “saxla" əmri verib: “Sükan arxasında əyləşən qadın isə polisin qanuni tələbinə tabe olmayıb. Görülən tədbirlər nəticəsində Süleyman Vəzirov küçəsində həmin qadın sürücü saxlanılıb. Ondan sənəd istədikdə isə heç bir sənədinin olmadığını bildirib və polis əməkdaşına qarşı nalayiq ifadələr işlədib, təhqir edib. Bununla da kifayətlənməyən qadın sürücü polisin üz nahiyəsinə dırnaqları ilə xəsarət yetirib. Polis qadına reaksiya verdiyi zaman videodan da göründüyü kimi o yıxılır".

Vaqif Əsədov - BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi

Vaqif Əsədov polis əməkdaşının bu addımını özünümüdafiə kimi qiymətləndirib. Onun sözlərinə görə, qadın qaçmağa cəhd etsə də polis maşının pəncərəsindən içəri daxil olaraq onu saxlamağa məcbur olub. Bundan sonra saxlanan şəxslər Xətai Rayon Məhkəməsinin qərarı ilə hər biri 200 manat miqdarında cərimə olunub. Qadını yerə yıxan, vuran polis isə xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşı ilə vətəndaş arasında yaranan problemin hüquqi tərflərini sauta açıqlayan hüquqşünas Ərşad Hüseynov bildirdi ki, videoda və onun əlavəsində avtomobilin niyə saxlanılması məlum deyil: “Düzdür, sürücü sərxoş olduğu, sənədləri qaydasında olmadığı, cinayət törətdiyi hallarda avtomobili idarəetmədən kənarlaşdırıla bilər. Ancaq bütün bunların hamısının hüquqi əsası olmalıdır. Məsələn, sürücü sərxoş olduğu halda polis onun maşını idarəetməsinə icazə verməyə, bunun üçün də fiziki qüvvə tətbiq edə bilər. Ancaq fiziki gücdən əvvəl psixoloji söhbət aparmalıdır, onun əməllərinin qanunsuz olduğu başa salınmalıdır”.

Ərşad Hüseynov - hüquqşünas

Ekspert deyib ki, videoda polisin vətəndaşla psixoloji söbətini görmək olmur. Görüntülərdə polis əməkdaşı qadını yerə çırpır ki, bu da peşəkarlıqdan uzaqdır. Digər bir məsələ polis əməkdaşı sürücünün razılığı ilə maşını cərimə meydançasına aparmalıdır. Əgər sürücü narazıdırsa, yalnız evakuator vasitəsilə maşın aparıla bilər: "İstənilən halda orada polisin həmin qadını yerə çırpması hüquqi cəhətdən adekvat addım deyil. Yəqin ki, Daxili İşlər Nazirliyi həmin əməkdaşını cəzalandıracaq”.


AzərPeyk

Bölmənin digər xəbərləri

31 Yanvar 2017 Səməd Seyidov: Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq
26 Sentyabr 2016 YAP: “Xalq prezidentə etimad göstərdi"
04 Avqust 2016 DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
28 İyul 2016 Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir
11 May 2016 “HÜCUM ƏMRİNİ GÖZLƏYİRİK!” – Düşməndən azad edilmiş səngərlərdən reportaj – FOTOLAR
05 May 2016 Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda: "Moskva ilə müzakirə edilməyib"
28 Aprel 2016 Ərdoğan: ''Ermənistan odla oynayır''
21 Aprel 2016 TANAP layihəsi çərçivəsində 8 min nəfər işlə təmin olunacaq
18 Aprel 2016 Erməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdiErməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdi
15 Aprel 2016 Xocavənddə düşmən əsgəri məhv edildi
06 Aprel 2016 SON XƏBƏR! Atəşkəs yenə pozuldu
05 Aprel 2016 Oqtay Əsədov: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb"
03 Aprel 2016 Bakida avtomobil yolun ortasında külə döndü-eksklüziv+fotolar
23 Mart 2016 Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR
14 Mart 2016 Tələbə qızın intihar olayında şok gəlişmə: "Onu öldürdülər"
10 Mart 2016 XİN: Azərbaycan Ermənistanın növbəti təxribat əməlinin qarşısını alır
04 Mart 2016 İşdən çıxarılan icra başçısından açıqlama - “Gedib ailə quracağam”
04 Mart 2016 Bakıda ağır qəza - Ölən var
29 Fevral 2016 Mərkəzi Bank banklara necə kömək edə bilər? - Təkliflər
29 Fevral 2016 Dolların bugünkü qiyməti

Xəbər lenti