"Xarici valyuta eləcə də dollar ilə kreditlərin verilməsini qadağan edən ölkələr siyahısına Qırğızıstan da qoşulur. Ölkəmizdə son iki devalvasiya daha çox dollar ilə kredit götürənlərə mənfi təsir göstərdiyi üçün sual yaranır: Azərbaycanda da dollar o cümlədən xarici valyutada kreditlərinin azaldılması və daha çox manatla borclanma mümkündürmü?". 

 

AzərPeyk xəbər verir ki, bu barədə sosial şəbəkədə iqtisadçı ekspert Vüqar Bayramov yazıb. O bildirib ki, son bir ildə kəskin dollarlaşma müşahidə edilən ölkəmizdə xarici valyutanın depozitlərdə kredit portfelində payı hiss edilən dərəcədə artıb:

“21 milyard 718 milyon manatlıq kredit portfelinin 10 milyard 705 milyon manatı xarici valyutadadır. Son zamanlar bankların istehlak kreditlərinin böyük əksəriyyəti dollarladır. Bu baxımdan da, manatın devalvasiyasından sonra həmin kreditlərin qaytarılmasında ciddi problemlər müşahidə edilir. 9 milyard 473 milyon manatlıq depozitlərin isə nə az-nə çox təxminən 85 faizi dollarladır.

Bankların dollar ilə kredit təklifi başa düşüləndir. Əgər bank vətəndaşdan dollar ilə depozit cəlb edirsə, o zaman həmin vəsaiti elə həmin valyutada kredit formasında təklif etməlidir. Vətəndaşın manata inanmayıb əmanətini dollar ilə saxladığı halda bankdan milli valyutaya inam tələb etmək olmaz.

Digər tərəfdən, bankların xarici borclanması da dollarladır. Deməli, bankların cəlb etdiyi vəsaitlərin strukturunda xarici valyuta üstünlük təşkil edir və bu da kreditlərin valyuta növünə təsir göstərir”.

Onun sözlərinə görə, bu heç də milli valyuta ilə kredit təklifini artırmaq mümkün olmadığı anlamına gəlməməlidir:

“Əgər proseslərə daha çox seyrici kimi yanaşan Mərkəzi Bank kredit təşkilatlarını və əmanətçiləri təşviq edən fəaliyyətlər həyata keçirməyə çalışarsa, bu, mümkün ola bilər. Manatla kreditlərin verilməsi üçün bankların cəlb etdiyi vəsaitlərin valyuta strukturunun dəyişdirilməsinə ehtiyac var. Yəni, bank manatla nə qədər çox vəsait cəlb edərsə, o qədər də çox milli valyuta ilə kreditlər təklif edəcək. Bu isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcminin artırılması ilə mümkündür”.

V. Bayramov məsələnin həlli yolları ilə bağlı təkliflərini də səsləndirib: “Əvvəla, Mərkəzi Bank bankları daha çox kreditlə təmin etməklə onlara həm daha ucuz borclanmaq, həm də manatla kredit təklif etmək imkanı yaratmalıdır. Bu halda bankların manat bazası genişləndiyi üçün milli valyuta ilə daha çox kreditlər təklif edə biləcək. Amma təəssüf ki, məzənnə və infilyasiya təzyiqindən ehtiyatlanan baş bankda kommersiya banklarını manatsız saxlamaq prinsipi hələ də davam edir. İkincisi, mərkəzləşdirilmiş kreditlər şəffaf və açıq şəkildə bölüşdürülməlidir. Bütün banklara bu vəsaitlərə baryersiz çıxış imkanı verilməlidir.

Digər tərəfdən, birinci devalvasiydan öncə təklif etdiyim manatla əmanətlərin indeksasiyası həyata keçirilməlidir. Təəssüf ki. Mərkəzi Bank dollarlaşmanın qarşısın alacaq bütün islahatlardan kənar durmağa çalışır. Halbuki, zamanında indeksasiya sisteminin tətbiq edilməsi milli valyutaya təzyiqi ciddi şəkildə azaldardı. Bu mexanizminin tətbiqi imkan verəcək ki, insanlar öz depozitlərini milli valyutada saxlasın. Çünki hələ də bir çox insanlarda pulu dollar ilə yoxsa manatla saxlamaq ilə bağlı qərarsızlıq var. İndeksasiya bu qərarsızlığı aradan qaldıra bilər. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır. Banklarda manatla yerləşdirilən əmanət dollara indeksasiya edilir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi öz manatla olan pulu götürən zaman milli valyutanın dəyəri aşağı düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır. Yəni, manat dollar nisbətən uzuzlaşarsa fərq qarşılanır, milli valyutada dəyər qazanırsa əmanətçi dollar ifadədə daha çox qazanır. Eyni zamanda, indeksasiya banklarda olan əmanətlərə tətbiq edildiyindən və evdə saxlanan pulları əhatə etmədiyindən banklardakı depozitlərin də həcminin artmasına gətirib çıxaracaq. Vətəndaşların əksəriyyəti öz pullarını evdə deyil, banklarda saxlamağa üstünlük verəcəklər. Bu isə manatla əmanətlərə marağı artır və nəticədə vətəndaş pulunu bankda milli valyitada saxlamaqda maraqlı olur. Bu isə banklara cəlb edilən milli valyutanın həcmini artırır və nəticədə banklar manatla daha çox kredit təklif etmək imkanı qazanırlar.

Göründüyü kimi, Azərbaycanda dollar ilə təklif edlən kreditlərin həcmini məhdudlaşdırmaq və vətəndaşların milli valyuta ilə borclanmasını təşkil etmək mümkündür. Bu isə çoxlu sayda ailələrdə hal-hazırda əsas problemə çevrilən dollar ilə kreditlərin geri qaytarılması çətinliyinin gələcədə qarşısını ala bilər- təbii ki, əgər Mərkəzi Bank təklif edilən real addımları atarsa”.
AzərPeyk

Bölmənin digər xəbərləri

31 Yanvar 2017 Səməd Seyidov: Cocuq Mərcanlıya qayıdış o deməkdir ki, bütün torpaqlarımızı qaytaracağıq
26 Sentyabr 2016 YAP: “Xalq prezidentə etimad göstərdi"
04 Avqust 2016 DİQQƏT: Bakının mərkəzi prospekti bağlanır
28 İyul 2016 Mədət Quliyev xüsusi xidmətlərlə yeni təhdidləri müzakirə edir
11 May 2016 “HÜCUM ƏMRİNİ GÖZLƏYİRİK!” – Düşməndən azad edilmiş səngərlərdən reportaj – FOTOLAR
05 May 2016 Putinin sözçüsü Ermənistanın "DQR"i tanımaq cəhdi haqda: "Moskva ilə müzakirə edilməyib"
28 Aprel 2016 Ərdoğan: ''Ermənistan odla oynayır''
21 Aprel 2016 TANAP layihəsi çərçivəsində 8 min nəfər işlə təmin olunacaq
18 Aprel 2016 Erməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdiErməni qatili olan rus əsgər azərbaycanlılar əleyhinə ifadə verdi
15 Aprel 2016 Xocavənddə düşmən əsgəri məhv edildi
06 Aprel 2016 SON XƏBƏR! Atəşkəs yenə pozuldu
05 Aprel 2016 Oqtay Əsədov: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb"
03 Aprel 2016 Bakida avtomobil yolun ortasında külə döndü-eksklüziv+fotolar
23 Mart 2016 Ramil Usubov əmr imzalayıb - TƏYİNATLAR
14 Mart 2016 Tələbə qızın intihar olayında şok gəlişmə: "Onu öldürdülər"
10 Mart 2016 XİN: Azərbaycan Ermənistanın növbəti təxribat əməlinin qarşısını alır
04 Mart 2016 İşdən çıxarılan icra başçısından açıqlama - “Gedib ailə quracağam”
04 Mart 2016 Bakıda ağır qəza - Ölən var
29 Fevral 2016 Paytaxtda yol polisi ilə qadın sürücü arasında insident
29 Fevral 2016 Dolların bugünkü qiyməti

Xəbər lenti