Səhər saatlarında Bakının Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Zabrat- Kürdəxanı yolunda şagirdləri daşıyan "Ford" markalı mikroavtobus "Niva" ilə toqquşub. 
"Ford"da olan şagirdlərdən bir neçəsi yaralanıb. Onlar təcili 3 saylı xəstəxanaya aparılıblar.
Məsələ ilə bağlı hadisənin baş verdiyi əraziyə nəzarət edən Sabunçu PRİ-nin 15-ci Polis Bölməsindən bildirilib ki, onlar yol-nəqliyyat hadisələrinə baxmırlar. Ona görə də məlumat üçün Sabunçu RPİ-nin özünə müraciət etmək lazımdır.
Sabunçu RPİ-dən isə deyiblər ki, hələlik onlarda Zabrat-Kürdəxanı yolunda "Ford" və "Niva"nın toqquşması barədə heç bir məlumat yoxdur.
 
Sabunçu rayonundakı 3 saylı klinik xəstəxanasından isə bildiriblər ki, xəstəxanaya bu gün səhər hər hansı yol qəzasında xəsarət almış uşaq gətirilməyib.
***
3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsindən "Report"a verilən məlumata görə, buraya müxtəlif travmalarla 10 şagird gətirilib. Onlara tibbi yardım göstərilib, bütün şagirdlər evə buraxılıb. 
"Onların arasında vəziyyəti ağır olan olmayıb. Xəstələr müayinə olunduqdan sonra evlərinə buraxılıb. Uşaqların təxminən 10-12 yaşları olub. Onların heç birində sınıq və ya digər ciddi zədələr qeydə alınmayıb", - xəstəxanadan bildirilib.
AzərPeyk

Bölmənin digər xəbərləri


Xəbər lenti