Gəncə şəhərində intihar hadisəsi baş verib.

Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 
AzərPeyk

Bölmənin digər xəbərləri


Xəbər lenti