Azərbaycan – Belarus biznes-forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.

Əvvəlcə STP-nin baş direktorunun birinci müavini Kamran Abbasovun iştirakı ilə geniş tərkibli görüş keçirilib. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir.

 

Daha sonra qonaqlar təmsil etdikləri şirkətlər və gördükləri işlər haqqında məlumat verib. Qarşılıqlı əməkdaşlıq əlaqələri nəzərdən keçirilib və müxtəlif istehsal sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdən sonra nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün müəssisələri gəzib. İstehsal olunan məhsullar haqqında geniş məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Hazırda 13 zavod və 30-dən artıq istehsal sahəsi fəaliyyət göstərir. Şirkətdə istehsal və idarəetmə sistemi beynəlxalq standartlar nəzərə alınaraq təşkil edilib. Bunun nəticəsi olaraq 2012-ci ildə İSO 9001 və İSO 18001 standartları üzrə layihədən uğurla keçmiş və müvafiq olaraq sertifikatlar əldə edib.

 

STP-nin iş prosesini maraqla izləyən qonaqlar xoş təəssüratla ayrılıblar və qısa zamanda qarşılıqlı əlaqələrin yaradılmasında maraqlı olduqlarını bildiriblər.  

Bölmənin digər xəbərləri

30 Aprel 2019 Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri
30 Oktyabr 2017 Xalq Artisti Rafiq Hüseyinov vəfat etdi
02 Fevral 2017 Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək
01 Fevral 2017 Siyavuş Novruzov : “Oturduğunuz stula hörmət edin!”
30 Yanvar 2017 Prezidentdən məmurlara növbəti XƏBƏRDARLIQ: “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!”
30 Yanvar 2017 “Problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv yoldu”
30 Yanvar 2017 “Reina” qatilinin arvadı onun sevgilisi olduğunu öyrənən kimi danışmağa başlayıb
30 Yanvar 2017 Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
29 Yanvar 2017 Bir əsgərimiz şəhid olub-"Düşmən gülləsinə tuş gəlməsəm görüşərik"
17 Yanvar 2017 “Azərbaycanın Türkiyəyə nə qədər yaxın olduğunu 15 iyulda hiss etdik”
06 Yanvar 2017 "İş tapdım, arvad da sakitləşdi"- şahid "Rabitə işi"nə görə həbs edilənləri "qaymaq" adlandırdı
05 Yanvar 2017 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
05 Yanvar 2017 Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu – ŞOK AÇIQLAMA
04 Yanvar 2017 Azərbaycanlı qadın əlində avtomatla "odxod" deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
30 Dekabr 2016 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
30 Dekabr 2016 MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları: bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
30 Dekabr 2016 Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu
29 Dekabr 2016 Ermənilər cəbhədə vəziyyəti niyə gərginləşdirir?
29 Dekabr 2016 Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
28 Dekabr 2016 Millət vəkilinə danışmaq qadağan edilib: "Hər müsahibəmdən sonra..."

Xəbər lenti