İstanbul polisinin uğurlu əməliyyatı nəticəsində yaxalanan “Reina” terrorçusu Əbdülqadir Maşaripovun istintaqında çox önəmli detallar üzə çıxır.
Musavat.com “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, İŞİD üzvünün sağ olaraq ələ keçirilməsi bir çox əlaqələrin aşkarlanmasına səbəb olub. Terror aktının baş verdiyi gecə hədəfin bir yox, üç yer olduğu aydınlaşılıb. “Reina” gecə klubu üç hədəf arasında xüsusilə seçilib. Həmin üç hədəfdən biri də qəzet redaksiyası imiş. “Reina” qatili istintaq zamanı “Öncə Şişlidə peyğəmbərə həqarət edən qəzet var” dedilər,  sonra mesaj yazdılar ki, “indi orda kimsə olmaz. “Reina”ya get””. 
Araşdırma zamanı bu qəzetin “Cümhuriyyət” qəzeti olduğu bəlli olub. “Reina” hücumçusunun 31 dekabr günündə 3 ayrı ünvanda araşdırma apardığı da istintaq zamanı müəyyənləşib. Maşaripov istintaqa ifadəsində deyib: “Ayın 31-də Taksimə getdim, kəşfiyyat aparandan sonra Suriyadakılara xəbər verib dedim ki, bura aksiya üçün uyğun deyil”.  Daha bir detal isə terrorçunun İŞİD rəhbərliyi ilə telegram vasitəsilə xəbərləşməsidir. “Reina”dakı qətliam əmri də ona yenə teleqram vasitəsilə gəlib. İstintaq hesab edir ki, əgər “Reina”nın içində rəqs edib əylənənlərə dair videokadrlar canlı görüntülərdirsə, qatilə içəridən dəstək verənlərin də olduğu aydınlaşır. Amma hələlik bununla bağlı ortada heç bir fakt yoxdur. İstintaq zamanı çox peşəkar görüntü verən Maşaripov daha qorxunc bir açıqlama da verib: “İmkan verilsə, eyni şeyi yenə də edərəm”. 
Terrorçu qətliam törətdikdən sonra bir qadınla həyat yoldaşının yanına gedib və 4.5 yaşındakı oğlunu ondan alıb. Onun məqsədi uşağıyla birlikdə dəniz yolu ilə Çanaqqalaya, ordan da İzmir üzərindən Hataya getmək, ordan da Suriyaya keçmək olub. Terrorçu daha öncə bir qaçış planı hazırlasa da, İŞİD oğlunu qaytarmadığı üçün qaça bilməyib. 
Bu olayda ən ilginc detal isə onun “imam nikahına girdim” dediyi qadınla bağlıdır. Bu, ilk gündən bəri yanında olan misirli sevgilisi Tene Traredir. Terroristin həyat yoldaşı isə ərinin misirli sevgilisi və oğlu ilə birlikdə Suriyaya qaçıb, onu kələk gələcəyini anladığı zaman danışmağa başlayıb. Türkiyə mətbuatı bu faktı belə təsbit edib: “Terrorçu da olsan, qadınların hissləri ilə oynamayacaqsan”. 
AzərPEYK

Bölmənin digər xəbərləri

30 Aprel 2019 Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri
30 Oktyabr 2017 Xalq Artisti Rafiq Hüseyinov vəfat etdi
18 Oktyabr 2017 Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub
02 Fevral 2017 Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək
01 Fevral 2017 Siyavuş Novruzov : “Oturduğunuz stula hörmət edin!”
30 Yanvar 2017 Prezidentdən məmurlara növbəti XƏBƏRDARLIQ: “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!”
30 Yanvar 2017 “Problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv yoldu”
30 Yanvar 2017 Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
29 Yanvar 2017 Bir əsgərimiz şəhid olub-"Düşmən gülləsinə tuş gəlməsəm görüşərik"
17 Yanvar 2017 “Azərbaycanın Türkiyəyə nə qədər yaxın olduğunu 15 iyulda hiss etdik”
06 Yanvar 2017 "İş tapdım, arvad da sakitləşdi"- şahid "Rabitə işi"nə görə həbs edilənləri "qaymaq" adlandırdı
05 Yanvar 2017 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
05 Yanvar 2017 Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu – ŞOK AÇIQLAMA
04 Yanvar 2017 Azərbaycanlı qadın əlində avtomatla "odxod" deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
30 Dekabr 2016 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
30 Dekabr 2016 MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları: bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
30 Dekabr 2016 Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu
29 Dekabr 2016 Ermənilər cəbhədə vəziyyəti niyə gərginləşdirir?
29 Dekabr 2016 Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
28 Dekabr 2016 Millət vəkilinə danışmaq qadağan edilib: "Hər müsahibəmdən sonra..."

Xəbər lenti