Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin ifadə verməsi ilə davam etdirilib.
İlk şahid Həsənov İlqar olub. O, "P.L.Z" MMC-də direktor vəzigəsində çalışıb. Adı çəkilən MMC nazirliyin aparat rəhbəri olmuş Vidadi Zeynalovun övladlarının adınadır. 
Şahid İlqar Həsənov istintaqa ifadə verdiyini, ancaq indi istintaqa ifadəsini xatırlamadığını deyib. O, bunun səbəbini yaddaşında problemlərin yaranması ilə izah edib.
Digər şahid Səfərov Bəhram 2011-dən "Azerpoçt" MMC-nin Sumqayıt şöbəsində çalışdığını, 2015-ci ildə işdən çıxdığını deyib. O, istintaqa ifafəsini təsdiqlədiyini deyib.
Növbəti şahid Rəşadət Gərəyzadə təqsirləndirilən şəxslərdən “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevi tanıdığını deyib. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə işləyən bir çox MMC-lərdə müxtəlif vəzifələrdə çalışdığını deyən R.Gərayzadə nazirlik tərəfindən verilən sifarişlərin icrası zamanı görülən işlərin 35 faizə qədər şişirdildiyini söyləyib.
"Optik qurğular" idarəsinin rəisi Namazalı Məmmədovun bibisi oğlu şahid Həsən Alıyev deyib ki, rabitə sahəsində görülən işlərlə bağlı qohumuna məxsus şirkətlərdə çalışıb. O, istinraqa verdiyi ifafəsini təsdiq edib.
Tərtər rayon poçt filialının rəisi Emin Qurbanov da şahid kimi məhkəməyə gətirilib. O da istintaqa ifadəsini təsdiq etdiyini söyləyib. 
Biləsuvar rayon poçt filialının direktoru Ramil Ağayev də ifadəsində istintaqa dediklərini təsdiqləyib.
Alzamanov Azər həbs edilənlərdən "Optik qurğular" idarəsinin rəisi Namazəli Məmmədovun yanında mühəndis olaraq çalışdığını deyib.
O, istintaqa ifadəsini təsdiqlədiyini və həbs edilən şəxslərin yaxşı rabitəçilər olduğunu söyləyib.
"Bunlar rabitə sahəsinin qaymaqlarıdır. İndi bilməyib gəlib bura düşüblər. Allah Namazəli müəllimin canını sağ eləsin. 6-7 ay idi işsiz idim. Arvadla dalaşırdıq işsizlikdən. Namazəli müəllim iş verdi, gedib onun yanında işlədim. Mənim də başım dincəldi, arvad da sakitləşdi. İndi namaz qılıb, dua edirəm ki, Namazəli müəllim həbsdən çıxsın, gedim onun yanında işləyim".
Hakim şahidin dediklərinə belə cavab verib: "Deyəsən, yenə arvaddan boşanmaq təhlükəsi var".
Prokurorun sualına cavab verən Azər Alzamanov istintaqda çalışdığı idarədə görülən işlərə görə 600 min manatdan çox dəyəri olan müqaviləyə  imza atmasını belə izah edib: "Bəli, imzalamışam. Namazəli müəllim dedi ki, gözün kordur? Mən də imzalamışam. Təsdiqləyirəm".
Şahid Cabir Rəsulov ifadə verərkən onun istintaqa dedikləri ilə məhkəmədə dedikləri arasında ziddiyyətlər olub. “AzEurotel” MMC-nin direktoru olan C.Rəsulov istintaqa deyib ki, “AzEurotel” MMC-nin səhmlərinin 50 faizi əvvəllər “Lukoil Europe” şirkətinə, qalan 50 faizi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus idi. Lakin sonradan “Lukoil Europe” öhdəliklərini yerinə yetirə bilmədiyinə görə payından nazirliyin xeyrinə imtina edib.
O, ifafəsində deyib ki, Beytulla Hüseynov BTRİB-in 800 min manatını  “AzEvrotel” MMC-nin inzibati binasında kondisionerlərin quraşdırılması adı altında mənimsəyib. Rəsulovun dediyinə görə, sənədlərdə guya binanın bütün kondisioner sisteminin yenilənməsi əksini tapmışdı. Əslində isə heç bir kondisioner-filan quraşdırılmayıb, B.Hüseynov görülməmiş “İşlərə” görə 800 min manatı nazirliyin aparat rəhbəri Vidadi Zeynalova bağlı olan “P.L.Z” MMC-nin hesabına köçürüb, daha sonra oradan nəğdləşdirərək götürüb. 
Ancaq şahid məhkəmədə dediklərini təkzib edərək, kondisionerlərin quraşdırıldığını deyib. 
Şahidin dedikləri ilə bağlı sabiq aparat rəhbəri Vidadi Zeynalov danışıb: "Yəqin bura gələndə həyəcandan səhv deyirlər. Şahid andı içib, sənədə qol çəkəndə həyəcanlanırlar. Amma işlərin hamısı görülüb. Hələ deyiləndən də artıq iş görülüb, pul xərclənib".
Məhkəmənin növbəti iclası yanvarın 11-nə təyin edilib.
Qeyd edək ki, ittihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.
Azərpeyk

Bölmənin digər xəbərləri

30 Aprel 2019 Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri
30 Oktyabr 2017 Xalq Artisti Rafiq Hüseyinov vəfat etdi
18 Oktyabr 2017 Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub
02 Fevral 2017 Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək
01 Fevral 2017 Siyavuş Novruzov : “Oturduğunuz stula hörmət edin!”
30 Yanvar 2017 Prezidentdən məmurlara növbəti XƏBƏRDARLIQ: “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!”
30 Yanvar 2017 “Problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv yoldu”
30 Yanvar 2017 “Reina” qatilinin arvadı onun sevgilisi olduğunu öyrənən kimi danışmağa başlayıb
30 Yanvar 2017 Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
29 Yanvar 2017 Bir əsgərimiz şəhid olub-"Düşmən gülləsinə tuş gəlməsəm görüşərik"
17 Yanvar 2017 “Azərbaycanın Türkiyəyə nə qədər yaxın olduğunu 15 iyulda hiss etdik”
05 Yanvar 2017 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
05 Yanvar 2017 Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu – ŞOK AÇIQLAMA
04 Yanvar 2017 Azərbaycanlı qadın əlində avtomatla "odxod" deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
30 Dekabr 2016 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
30 Dekabr 2016 MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları: bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
30 Dekabr 2016 Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu
29 Dekabr 2016 Ermənilər cəbhədə vəziyyəti niyə gərginləşdirir?
29 Dekabr 2016 Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
28 Dekabr 2016 Millət vəkilinə danışmaq qadağan edilib: "Hər müsahibəmdən sonra..."

Xəbər lenti