Milli Məclisin hazırda davam edən plenar iclasında “Vergi borclarının tənzimlənməsi ilə bağlı hazırlanan qanun” layihəsi müzakirəsiz qəbul olunub.
Qanun layihəsi barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanunun qəbul ilə 2017-ci ildə 45 minə yaxın vergi ödəyicisinin faiz və maliyyə sanksiyasına görə 624 milyon manata yaxın borcu silinəcək. Onun sözlərinə görə, qanun layihəsi sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılmasına hesablanıb. Vergi ödəyicilərinin vergilərinin Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il yanvarın 1-i tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək. Digər maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir: - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 50%-i silinəcək. 
Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə - maliyyə sanksiylarının ödənilməmiş 30%-i silinəcək. Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.
Təqdimatdan sonra söz alan deputat Siyavuş Novruzov söz alaraq təkzib edib ki, layihə müzakirəsiz qəbul olunsun: “Bayramlar ərəfəsində cənab prezident sahibkarlara böyük bir güzəşt edib. Bunu müzakirə etməyə nə ehtiyac var?”
Spiker Oqtay Əsədov da onun fikirlərini dəstəkləyib və deyib ki, 624 milyon manata yaxın borcun silinməsinə gətirib çıxaracaq layihənin müzakirəyə ehtiyacı yoxdur.
Bundan sonra qanun layihəsi yekdilliklə qəbul olunub.
Azərpeyk

Bölmənin digər xəbərləri

30 Aprel 2019 Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri
30 Oktyabr 2017 Xalq Artisti Rafiq Hüseyinov vəfat etdi
18 Oktyabr 2017 Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub
02 Fevral 2017 Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək
01 Fevral 2017 Siyavuş Novruzov : “Oturduğunuz stula hörmət edin!”
30 Yanvar 2017 Prezidentdən məmurlara növbəti XƏBƏRDARLIQ: “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!”
30 Yanvar 2017 “Problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv yoldu”
30 Yanvar 2017 “Reina” qatilinin arvadı onun sevgilisi olduğunu öyrənən kimi danışmağa başlayıb
30 Yanvar 2017 Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
29 Yanvar 2017 Bir əsgərimiz şəhid olub-"Düşmən gülləsinə tuş gəlməsəm görüşərik"
17 Yanvar 2017 “Azərbaycanın Türkiyəyə nə qədər yaxın olduğunu 15 iyulda hiss etdik”
06 Yanvar 2017 "İş tapdım, arvad da sakitləşdi"- şahid "Rabitə işi"nə görə həbs edilənləri "qaymaq" adlandırdı
05 Yanvar 2017 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
05 Yanvar 2017 Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu – ŞOK AÇIQLAMA
04 Yanvar 2017 Azərbaycanlı qadın əlində avtomatla "odxod" deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
30 Dekabr 2016 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
30 Dekabr 2016 MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları: bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
29 Dekabr 2016 Ermənilər cəbhədə vəziyyəti niyə gərginləşdirir?
29 Dekabr 2016 Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
28 Dekabr 2016 Millət vəkilinə danışmaq qadağan edilib: "Hər müsahibəmdən sonra..."

Xəbər lenti