Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhəddini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb.

 

Müdafiə Nazirliyinin məlumatına görə,  döyüş toqquşması zamanı düşmən tərəfi canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Hadisə nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu itkin düşüb. Onun tapılması istiqamətində müvafiq tədbirlər görülür.

Yeni il və dünya azərbaycanlılarının həmrəylik gününə 2 gün qalmış cəbhədə erməni təxribatının güclənməsi nəyə işarədir?

Hərbi ekspert Üzeyir Cəfərov, Modern.az-a açıqlamasında bayram ərəfəsində belə bir təxribatın baş verməsinin gözlənilən olduğunu deyib.

“Bu, çoxdan planlaşdırılmışdı. Sadəcə, bunun reallaşdırılması üçün  zaman yox idi. Həm də  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzvlərinin toplantısından qayıdan Serj Sarkisyan çox məyus idi. Məyusluq da Ermənistan rəhbərliyinə, cinayətkar dəstəsinə işğal olunmuş ərazilərdə deyil, məhz, Tovuz istiqamətində təxribatı həyata keçirmək üçün lazım idi. Ona görə də belə bir təxribata əl atdılar. ATƏT-in Minsk qrupu çox çalışırdı ki, ilin sonuna qədər  iki ölkəni  bir araya gətirsin. Amma alınmadı. Bir növ ATƏT qarşısında Ermənistanın götürdüyü öhdəlik yerinə yetirilməmiş kimi qaldı. Ona görə də onlar çalışırdılar ki, təxribat bir qədər geniş xarakter alsın”.

Ekspertin sözlərinə görə, Azərbaycan heç bir halda ermənilərin təxribatına getməyəcək.

“İnanıram ki, vəziyyət səngiyəcək.  Azərbaycan heç bir halda ermənilərin bu təxribatına getməyəcək və tez bir müddətdə d ə məsələ səngiyəcək. Ermənilər birinci dəfə deyil ki, belə təxribat həyata keçirirlər. Belə məsələlərdə diqqətli olmalıyıq. Bu, Ermənistan tərəfinin növbəti hiyləsidir. Onlar çalışırlar ki, Azərbaycan tərəfi təxribata uysun və buna da böyük dövlətlər münasibət bildirsin. Məqsəd budur”.
Azərpeyk

Bölmənin digər xəbərləri

30 Aprel 2019 Bakı Biznes Universitetinin “EQAC” layihəsinin növbəti təlimləri
30 Oktyabr 2017 Xalq Artisti Rafiq Hüseyinov vəfat etdi
18 Oktyabr 2017 Belarusdan gələn nümayəndə heyəti STP ilə tanış olub
02 Fevral 2017 Azərbaycan İslam Oyunlarına gələ bilməyən 7 ölkəyə maliyyə köməyi edəcək
01 Fevral 2017 Siyavuş Novruzov : “Oturduğunuz stula hörmət edin!”
30 Yanvar 2017 Prezidentdən məmurlara növbəti XƏBƏRDARLIQ: “Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın!”
30 Yanvar 2017 “Problemlərin ağırlığını əhalinin üstünə yükləmək səhv yoldu”
30 Yanvar 2017 “Reina” qatilinin arvadı onun sevgilisi olduğunu öyrənən kimi danışmağa başlayıb
30 Yanvar 2017 Müdafiə Nazirliyi: Azərbaycanın hərbi qulluqçusu özünəqəsd nəticəsində həlak olub
29 Yanvar 2017 Bir əsgərimiz şəhid olub-"Düşmən gülləsinə tuş gəlməsəm görüşərik"
17 Yanvar 2017 “Azərbaycanın Türkiyəyə nə qədər yaxın olduğunu 15 iyulda hiss etdik”
06 Yanvar 2017 "İş tapdım, arvad da sakitləşdi"- şahid "Rabitə işi"nə görə həbs edilənləri "qaymaq" adlandırdı
05 Yanvar 2017 13 deputata ev verilir: Oqtay Əsədov, Hadi Rəcəbli, Bəxtiyar Əliyev...
05 Yanvar 2017 Rövşən Lənkəranskinin qətlinin sifarişçisi məlum oldu – ŞOK AÇIQLAMA
04 Yanvar 2017 Azərbaycanlı qadın əlində avtomatla "odxod" deyən deputatı hədələdi: "Səni dəlik-deşik edərəm" - VİDEO
30 Dekabr 2016 Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
30 Dekabr 2016 MTN-çilərin həbs qoyulmuş milyonluq əmlakları: bağlar, villalar, şirkətlər, “zapravka”lar, torpaqlar...
30 Dekabr 2016 Sahibkarlara şad xəbər: vergi amnistiyası ilə bağlı qanun qəbul olundu
29 Dekabr 2016 Bakıda antiterror tədbiri - ənənəvi Yeni il konserti təxirə salındı
28 Dekabr 2016 Millət vəkilinə danışmaq qadağan edilib: "Hər müsahibəmdən sonra..."

Xəbər lenti