Səmimiyyət günləri

Bəlkə açıq danışaq
Hislərinə bələdəm?!
Sən də unutmamısan
Darıxırsan hələ də.

Sənə də xatirələr
Ümid verir arada.
Tanrıya yalvarırsan
Yenə fürsət yarada.

Deyirsən bir dost ola
Adam dərdin danışa.
Elə sən də yatanda
Sarılırsan balışa.

Axı sən də gecələr
Həsrətimdən ölürsən
Nəsə düşür yadına
Dəli kimi gülürsən.

Ayrılıq su deyilki
İçəsən bir nəfəsə.
Sən də çaşıb adımı
Söyləmisən kiməsə.

Bəlkə açıq danışaq
Səmimi ol demisən.
Mən də unutmamışam
Sən də mənim kimisən.


Hava, Su

Dedinki sevgidən danışma artıq
Göz aç həqiqətə oyan
yuxudan.
Soruşdum-“mən axı nədən danışım?”
Dedinki danış
da, havadan,sudan.

Yaxşı, qoy havadan danışım bir az,
Sabah da ruhumu bulud boğacaq.
Yenə baxışımda şimşək çaxacaq,
Yenə gözlərimdən yağış yağacaq

Qorxuramki payız gəlsə bu elə
Könlümün ətirli gülü
solacaq.
Mən hardan biləydim
əllərin belə-
Münasibətin tək soyuq
olacaq.

Yenə yarpaqların rəngi sarıdır,
Bir gün ümidlərim donub öləcək.
Ömrümün ən soyuq qış aylarıdır
Axırda başıma hava
gələcək.

Adamda soyuqluq olmaz bu qədər,
Mövzunu dəyişim bəlkə qızışım?!
Havadan bu qədər məncə bəs edər.
Qoy indi bir az da sudan danışım.

İki addım atıb geriyə
döndüm,
O gecə yanımdan ötəndə birdən.
Səni gördüyüm gün elə düşündüm
Səhrada bir içim su
tapmışam mən.

Sahili intizar,dalğası hicran,
Nakam dənizlərə bəxtimlə tənəm.
Gedəndə dalınca su atan oğlan,
Gələndə yoluna su səpən mənəm.

Danışıb həddini aşsan da hərdən,
Bilirəm ki yoxdur
hiylən, kələyin.
Çaylar kimi coşub, daşsan da hərdən
Su qədər təmizdir, safdır ürəyin.

Qorxuram yenə də çıxıb gedərsən
Demə aramızdan su belə keçmir.
Birdən sular kimi axıb
gedərsən,
Nəsə bu sevgidən gözüm su içmir



Xəbər lenti