İstanbul Aydın Universiteti, Radyo, televizyon, sinema fakultəsi 2ci kurs tələbəsi . Yeni imza, yeni nəfəs. Hər zaman ətrafından düşüncə bacarığı ilə, istedadı ilə seçilən, fərqlənən dostumuz hal-hazırda ürək əməliyyatı keçirmişdir.
Bu cür istedadları qorumaq lazımdır. Çünki ölkə hər zaman istedadlı insanların çiyinlərində ayaqda durur.
Azerpeyk.az Fərid Müslümün şeirlərini təqdim edir:
 
 
İnsan, sən kimsən?
Bu nə ağır keçmişdir?!
Bu nə soyuq gələcək?!
Bu nə bitməz axtarış?!
Nərədədir müqəssir?
Bütün bu səfalətin
günahı kimlərdədi?
İnsan, uslanmaz nəfsin
bar qoymadı dünyada.
Təbiətin hökmünü
əlindən oğurladın.
Zaman ötüb keçdikcə
qəlibinə sığmadın.
Axı nədir ki, söylə,
bu tamaha səbəb nə?
Quru bir məzar üçün
ömrün boyu çalışmaq?
Yaşamaqda məqsədin
məzara yaxınlaşmaq,
ölümə hazırlaşmaq.

Xəbər lenti