Axı demişdim Bakı səfərlərim gözəl olur. Həm də həmişə nəsə qazanır, nəsə mənimsəyirəm. İlk dəfə idi filmin təqdimatına gedirdim. Təsəvvür edin, ucqar kəndən bir oğlan, bakıda iki-üç ən doğma dostlarından biri olan Elvin Paşanın və dostlarının minbir əziyyətlə ərsəyə gətirdiyi filmin təqtimatında iştirak edəcək. Bu ki, gözəldir. Bu arada onu da deyim ki, bal tutan barmaqını yalamalıdır. Yəni könlü balıq istəyən quyruğu suda olmalıdır kimi bir şey, özü də soyuq su. Birdən ikidən belə şey görmüşəm ki, tək də gedim? Yox, görməmişəm. Bu dəmdə kim mənə yoldaşlıq edər? Təbiki dediyim ən doğma dostlardan digər biri, Çinarə Ömray. İlk dəfədi Çinarə Ömray deyəndə yadıma üşümək düşür. O gün evdən çıxanda insafını yaddan çıxarıb evdə qoymuşdu. Məsləhətləşdik ki, birgə gedək, və saat 1-ə görüşək, sonra digər yoldaşlarla birləşib gedirik təqdimata. İlahi, bu sadə iş imiş. Dedim axı üşümək yadıma düşüb. Çinarə məni saat 4-ə qədər Bakının fikirli adamları və ərköyün, soyuq küləyi ilə üz-üzə qoyubmuşdu. Elə bilirdim dünyada ən çox ehtiyac Afrikaya yağmalı yağışa duyulur, yox, ən çox ehtiyac Çinarənin telefonunun enerjisinə duyulur. Görüş yeri Elmlər Metrosunun önü. İndi Çinarəyə nə zəng çatır, nə də başqa əlaqə var. Heç yerə də gedə bilmirəm, axı ayıbdı, gələr görərki mən yoxam. Vaxt da getmir. Keçdim Kəramət Böyükçölün dediyi manatlıq dönərsatanın yanındaki kitabxanaya 5manat 10qəpik verib 10% endirimlə Jack Londonun "Oyun" romanı olan kitabı aldım. Çıxanda gördüm kitab 4,99 azn imiş. Qız məni aldadıb. Qurban olasız Elvinə deyib gəldim metronun o heykəl olduğum giriş-çıxış qapısının ağzına.Əllərim donub, son gücümü yığıb Çinarəyə "hardasan" deyə mesaj yazdım. Və yenə axşamki görüşü xəyal edə-edə isinməyə çalışıram. İlahi, bu nədi? Telefon titrəyir, həyəcanlanır, şaddığından ölür telefon. Çinarə 21 mesajımdan sonra üç sözlük səs yollayıb "gəl 28 may-a". Hirsimdən gülə-gülə baş üstə deyib girdim metroya. Və budur, telefonum artıq sevincdən duyğusallaşıb, kövrəlir az qala Çinarə 34saniyəlik səs atıb "sən gəl, mənim biraz işim var, onu da həll edək".Adətən belə hallarda evdə tez bir qaşıq qara istiot yeyirəm ki, fikrim qarışsın başım acıya qarışsın yoxsa partlayaram. Sağ olsun kimsə qatara sarımsaqlı xəngəl yeyib minmişdi. Fikrim dağıldı. Görüşdük, Çinarənin qəribə gülməyi var, adam muma dönür. Demək olar heç üz vurmadım. O, öz işini həll edir. Mən də Seyran İsmayıl və Hidayət Sönməzlə əlaqə yaratıb görüş yerini təyin edirəm təbi ki, tanımıram. Guya haranı tanıyıram ki, Çinarə həll elədi məsələni. Görüşdük söhbətləşdik və üz tutduq, "ONUN ÜNVANINA" Nizami Kinoteatrına. Bura gözəl məkan imiş. İlk işim Elvini axtarmaqım oldu. Odur ey, bütün qonaqlarla şəxsən maraqlanan canfəşanlıq edən qardaşım. Qızılı kastumlu qızıl kimi oğlan! O gün də demişdim, mən böyük adam deyiləm, amma Elvin bizi görüb sevindi. Bu onun ilk işidir buna görə iştirakım vacibdir və sevilən tərəf kimi gəlməliyəm. Səmimi görüşmək, sevgi dolu təbriklər. Adamlar da artıq doluşur. Şəxsən tanıdığım sənət dostlarımdan tutmuş, tanınmış simalar aktyorlar çoxu burdaydı. Çinarə fotoaparatı götürüb keçdi həmləyə ki, reportaj hazırlayacam. Başını qatdım bu məsuliyyəti ondan oğurlayıb özümünkiləşdirdim. Şəkillər ondan, yazı məndən. Artıq film başlamaq üzrədir. Daxıl oluruq zala13-cü sıra, yer 6,7,8,9 işıqlar sönməmişdən öncə aparıcı Kamal Yaşarın maraqlı açıqlamalı çıxışı hər şeyə dəyərdi. Yana əyilib nə səmimi adam imiş deyə xarakterizə edirəm Kamal Yaşarı. Artıq film başlayır. Çox, həm də çox diqqətlə izləyirəm, baş rola çəkilmiş aktyorun bu rolu ilk iş olaraq ifa etməyi adamı heyrətləndirməyə bilməzdi. Həmçini digər rollarda əksəri şəxsən tanıdığım dostlarımın olması mənə qürur verirdi. Filmi sevdim, Kamal Yaşarın dönə-dönə film ilk işimizdir irad və təkliflərinizə ehtiyac var deməyi bu işdə sevginin ustalığı ötməsi demək idi. Elə böyük sevgi sərf olunmuşdu ki, ustalıq onun kölgəsində qala bilərdi. Bunu bacarmışdılar, indiki zamanda kütləyə bu kimi filmi sevdirə bilmək sevginin, zəhmətin, uzun iş prosesinin bəhrəsi idi. Mən də öz növbəmdə diqqətlə izlədiyimi demişəmsə

Öz aləmimdə bir iki xırda qüsür aşkar etmişəm. O qədər diqqətlə izlədim ki, bir rolun ifaçısın dişlərinin 3 ya 4-ü taxma olduğunu sezdim o dövr üçün bu olmamalı idi. Bunu səhvə görə demirəm, necə sevə-sevə izlədiyimə görə deyirəm. Elvinə də arada fikir verirdim, elə bil ürəyi çıxırdı can yandırırdı. Sevirdi və məmnun idi işindən. Mən də buna sevinirdim. İmam Sadiqin Ünvana verdiyi nəsihət və məsləhətlərindən yaddaşıma həkk olunan az şey yoxdur. Adamın ruhu durulur. Budur, 30 dəqiqəlik "Onun Ünvanı" adlı qısametrajlı dini film başa çatdı, və Kamal Yaşarın film bitər bitməz getməyə tələsməyin deməyinə sadiq qalıb dostların, sənətkarların film haqda təəssüratlarını dinləyirik. Hər kəs filmi öz bildiyi qədər analiz edir, çatışan və çatışmayan yerləri qeyd edir. Sonda səhv etmirəmsə Elvinin təklifi ilə bütün yaradıcı heyyət səhnəyə dəvət alır və alqışlarla qarşılanırlar. Bu elə-belə alqış səsi deyildi, ilk dəfəydi əllərin ayaq səsi çıxardığını eşidirdim, bəli bəli bu alqış səsləri yox, uğurun ayaq səsləri idi, o düz onlara tərəf gəlirdi. Bu reportajı hazırlamaqda, bu filmə bağlılığımı düşünə bilməyim belə mənə rahatlıq verir. Səmimi qəlbdən təbrik edir, sevgilərimi yetirirəm. Növbəti uğurunuzda görüşmək ümidi ilə

 

 

 


Xəbər lenti