Hardasa bir qadın darıxır indi,
Hardasa bir kişi darıxan qədər.
Nəfəsi darıxır, ruhu darığır,
Nəğməsi darıxır, ahı darıxır
Darıxır dünyanın o başınacan,
Darıxa bilməyib bu yaşınacan,
bəlkə də ağlayır, nə bilmək olar.
Bəlkə də ağlasa, göz yaşınacan
Darıxar...
Unudub dünyanın dərd sərini də,
Unudub bun gündən keçmişinəcən,
Darıxar...
Bu gündən, dünənə darıxan qadın!!
Yəqin ki, dilində darıxır adım.
Yəqin anlamısan,
Hər gülüşündə...
Birazca uzaqda,
dünyanın, lap o başında,
Çırpınır, bir kişi darıxır indi.
Darıxır bir qadın darıxan qədər.
Darıxır, qızılı tellerdən ötrü.
Darıxır, bir rəqsin sehrinə düşüb.
Darıxır, o pambıq əllərdən ötrü.
Elə darıxır ki, gözləri şişib.
Darıxır... darıxır... darıxır...

Xəbər lenti