
Yaman təriflədin özünü dünən ,
Ağlıqdan dəm vuran qaraçı kimi .
Dedin ki , hər bahar çiçəklənirsən ,
Tutduğu yolları qar açan kimi .
Dəyəsən ilhamdan mayan çox dəyib ,
Onunçün başında şeir qıjqırır.
Acımış xəmir tək tabağa yatmır,
Hətta gözlərin də şeir qışqırır .
Təzəcə yoğrulmuş kündə kimsən ,
Hələ bişməmisən söz təndirində .
Yanıb səhərəcən sən zülüm -zülüm ,
Külə dönməmisən öz təndirində .
Sürünüb gəzirsən səssiz -səmirsiz ,
Yərdə buludların kölgəsi kimi .
Sözün də sənin tək göbək bağlayıb ,
Soyumuş təndirin külfəsi kimi .
Tanrı yazısına gözünü yumub ,
Gözümə tutursan cızmaqaranı .
Arada dostlarla “uçub “ , dəyirsen ,
Söz ki var , Allahdan əvvəl yaranıb .
Qudurmuş köpəyin quyruğu kimi ,
Boynunda qapqara xalta yəllənir .
Sən hardan biləsən , başının üstə ,
Bir gümüş aypara balta yəllənir .