Yazar İlhamə Nasirin ilk kitabı işıq üzü görüb.

Azerpeyk.az bildirir ki, yaradıcılığı ilə Cənubi Azərbaycanda da yeterincə tanınan  yazarın kitab təqdimatı 20 Oktyabr BMM-də baş tutub. Mərasimdə tanınmış yazarlar və media nümayəndələri iştirak edib.

Müəllifin əsəri həyatda baş vermiş hadisələrdən və Qubadlı rayonunda keşməkeşli həyat yaşamış yetim bir qızın taleyindən bəhs edib.

“Yazılmamış tale…“ adlı kitab iki il ərzində ərsəyə gəlib. Əsərin nəşr olunmasında məqsəd, insanlara çağırış  xarakteri daşıyır. Romanda gedən prosseslər olduqca güclü təsir qüvvəsinə malikdir.

Müəllif bildirir ki, sözügedən roman həm də insanlara həyat həqiqətlərini, insan talelərini daha dərindən dərk etdirməyə yardımçı olacaq.

Yazarın növbəti kitabı da yaxınlarda oxuculara təqdim ediləcək


Xəbər lenti