Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Azərbaycan Yazıçılar Birliyini ziyarət edib.

AzərPeyk "Ayb.az"a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Bİrliyinin sədri, xalq yazıçısı Anarla görüşdə Səfirliyin III katibi Öznur Tübençokrak, Azərbaycan Yazıçıllar Birliyinin I katibi, xalq şairi Fikrət Qoca, sədr müavini Nazim İbrahimov, gənclər üzrə katib Rəşad Məcid və Mətbuat xidmətinin rəhbəri Xəyal Rza da iştirak ediblər.  Görüşdə iki ölkə arasında ədəbi-mədəni əlaqələr, həyata keçirilmiş layihələr və gələcəkdə nəzərdə tutulmuş layihələrlərdən danışılıb. Erkan Özoral ədəbi əlaqələrin inkişafında Azərbaycan Yazıçılar Birliyinin danılmaz rolunun olduğunu qeyd edib: “Biz Azərbaycan Yazıçılar Birliyi ilə sıx əməkdaşlıqdan, birgə layihələrdən məmnunluq duyarıq. Ədəbi əlaqələrin daha da inkişafı üçün bu çox vacibdir”. Azərbaycan Yazıçılar Birliyinin sədri ziyarət üçün Səfirə minnətdarlığını bildirib. “Mən həmişə qeyd etmişəm ki, Azərbaycanda Türkiyənin Kültür Mərkəzinin açılması olduqca vacib məsələdir. Elə Türkiyədə də Azərbaycan Mədəniyyət Mərkəzinin olması iki ölkənin ədəbi-mədəni əlaqələrin inkişafında böyük rol oynayar. İndi bu missiyanı həyata keçirən yeni qurumlar yaranıb. Biz də Yazıçılar Birliyi olaraq bu qurumlarla birgə layihələr həyata keçiririk”. Xalq yazıçısı Anar qonaqlara imzalı kitabını hədiyyə edib. Daha sonra xatirə şəkili çəkilib.
AzərPEYK


Xəbər lenti