Noyabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tanınmış İran yazıçısı Mustafa Məsturu qəbul edib.

Qəbulda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babulllaoğlu, AYB sədrinin müavini Nazim İbrahimov, gənc şərqşünas-tərcüməçi Ariz Tarverdiyev iştirak ediblər.Qəbul zamanı bir çox mövzular, o cümlədən "ədəbiyyat, din, mənəviyyat, cəmiyyət" kimi mövzular ətrafında müzakirələr aparılıb, eyni zamanda Azərbaycan-İran arasında ədəbi mübadilə işinin perspektiv imkanları dartışılıb.
AzərPEYK


Xəbər lenti