Bu gün axşam saat 22:00-dan etibarən sabah səhər saatlarına qədər Neftçilər prospektinin “Azneft dairəsi”ndən Bakı Dəniz Vağzalının qarşısına qədər olan hissəsində yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq .
“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
ASC sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollar seçmələrini tövsiyyə edir.
AzərPeyk