İclası açıq elan edən spiker Oqtay Əsədov əvvəlcə son günlər cəbhədə baş verən gərginliyə münasibət bildirib.

 

O qeyd edib ki, həmişə Azərbaycan yüksək nailiyyətə nail olanda Ermənistan təxribata əl atıb: “Əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da Azərbaycan Ordusu layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək, Ermənistana həddini göstərdi”.

Daha sonra cəbhədə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

O.Əsədov Minsk Qrupunu da tənqid edib: "Minsk Qrupuna heç bir ümidimiz qalmayıb, onların bugünkü toplanmasından da heç nə gözləmirik”.

O qeyd edib ki, cəbhədə baş verənlərin səbəblərindən biri də məhz onların indiyə qədər konkret iş görə bilməməsidir: “Biz onlardan konkret həll variantını ortaya qoymalarını istəyirdik”.

Sonra deputatlar Qarabağdakı vəziyyətlə bağlı müzakirələrə başlayıblar.

 AzərPeyk
Xəta
  • JUser: :_load: ID-si 764 olan istifadəçini yükləmək alınmadı

Maqazin


Xəbər lenti

İdman

Maraqlı